Azmı üz çevirdim başqa üzlərə?

Azmı üz çevirdim başqa üzlərə?
Maraqlı məlumatlar
10.09.2017 4
Bağışla Ana,
mən eşq'ə çox pis aldandım. Uşaq idim bilmədim, hansısa küçədə sevgimi
oğurladılar. Uşaqlıq etdim, qəlbimi. Bu aciz qəlbimi, 'qırılan
oyuncaqlardan' zənn etdim..



Azmı üz çevirdim başqa üzlərə. Gözünə baxmağa 'gözüm olsun' deyə.

Gün üzü görməyən xəyallarımı, gedişinin eşq'ə kölgə saldığı günlərdə
qurutdum. Bəs buludundan nəm alan gözlərim, onlar necə quruyacaq?



Nə bu şəhərdə qaldım, nə də burdan gedə bildim. Varlığında
yoxluğuna, yoxluğunda varlığına göz doldu. Sevdin mi, sevmədin mi?
Birləşdik mi, ayrıldıq mı? Heç bilmədim. Həmişə iki ayrı yerdə idik biz.
Mən şeir yazardım, sən gözünü yumardın. Bilməzdin, gözlərindən 'ilham
aldığımı'. Verdiklərinidə alaraq getdin...



Çox dərindən kəsdim ümidlərimi, yüksək miqdarda 'sən' itirirəm.
Gözlərim dur dedi gözbəbəklərimə, ama yenə durmadılar. Və yaşlar
töküldü..





Çünki yarım qalmış hər insan, açacağı qapını 'yarı' açar. Çünki
yarım qalmış hər hekayə, qəhrəmanlarında 'yara' açar. Həmişə belə oldu,
hər zaman belə olar.. 



'Cahil cahil danışmayın, dönəcək. Bilirki mən varam, bilirki keçmişi
var burda. Burda yarım qalan hissi, gözləyəni var'. Sonra gözümü ayaq
uclarıma dikərək 'yəqin işi çıxıb, yoxsa gələrdi bilirəm' dedim..



Günah məndə deyilki, şeir idi gözlərin, şeir idi ətrin. Yazmasam
xəyanət olardı. Yazdım. Hansı günün qaranlığında getdin ki, səmam'dan
bulud əksik olmur. Ki, gedişlərin utanc idi yaşanmamış gələcəyə. İndi
səssiz səmirsiz otururam eləcə, dediyim kimi. Yaxşı ki qəlbimi tanıyan
yoxdur..



Arxa bağçada unudulan bir çiçəyəm mən, səhifələrdə qurudulan yarpaq.
Səmaya uçan azad bir quş. O qədər gözlədim ki, uşaq idim oyunlardan
başqa bir şey bilməzdim. Sonra böyüdüm, uşaq qəlbimlə böyük işə
girişdim. Durub səni sevdim, nə o çiçək sulandı birdə, nə o mavi səma,
nə səhifə qaldı nə də uşaqlığım. Keçdi getdi..



Keşkə deyirəm, ağrıtmasa yoxluğun darıxan yanımı. Məsafələr,
qəlbimdən qəlbinə olsa. Bir olsaq, baxanlar 'nə gözəl ləhcələri var,
deyəsən sevgicədir' desələr. Artıq dünya gözü ilə sevsəm səni..



Azmı üz çevirdim başqa üzlərə. Gözünə baxmağa 'gözüm olsun' deyə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!