Dünyada azərbaycanlılarının sayı

Dünyada azərbaycanlılarının sayı
Maraqlı məlumatlar
10.09.2017 14
Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə,
dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır.



Dünya
azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.
Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və
sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi
dəyərlər kimi müxtəlifdir.



Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. 

Amerika
Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75
minə, Kanadada 170 minə, Meksikada isə 27 minə yaxın azərbaycanlı
yaşayır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və
digərlərində də soydaşlarımız məskunlaşıblar.

Amerika
qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya
etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən
isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə  axını
diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini
göstərib. 



Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə
geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik
göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə  və
Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük
Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda,
Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada,
Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər
Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər
bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan
soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük
Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus,
Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə  İrandan və
Azərbaycan Respublikasından köçənlərdir. 



Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində
məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan,
İordaniya və  Orta Asiya respublikalarında yüz minlərlə,  İndoneziya,
Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş
Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, 
İraqda isə təqribən bir milyona çatır.



Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və
Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son
zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və
Zairdə  də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya
qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə
məlumatlar  var.

Azərbaycan diaspor təşkilatlarının məlumatları əsasında dünya ölkələrində yaşayan azərbaycanlıların sayını təqdim edirik:



ABŞ…..................................1.150.000 

Avstraliya.............................. 8.500 

Avstrya.................................22.000 

Albaniya...............................15.000 

Argentina..............................14.000 

Əlcazair.................................290.000 

Əfqanıstan.............................50.000 

Banqladeş.............................200.000 

Belcika.................................15.000 

Birma...................................8.300 

Bolqarıstan...........................68.000 

Brazilya................................75.000 

Butan....................................1.500 

Böyük Britaniya....................200.000 

Macarıstan............................29.000 

Danimarka............................65.000 

Misir.....................................950.000 

İndoneziya............................44.000 

İordaniya...............................50.000 

İraq.......................................1.100.000 

İran.......................................35.000.000 

Hindistan..............................340.000 

İrlandiya...............................5.000 

İspaniya................................19.000 

İtalya.....................................37.000 

Yəmən Ərəb Respublikası….38.000 

Yəmən Dem. Respublikası.....30.000

Kanada..................................200.000 

Çin........................................60.000 

Küveyt..................................22.000 

Malta.....................................2.500 

Meksika................................28.000 

Monqolustan........................5.000 

Norveç..................................80.000 

Birləşmiş Ərəb Əmirlikləri….60.000 

Oman.....................................23.000

Pakistan..................................700.000 

Polşa.....................................15.000 

Portuqalya.............................7.500 

Rumıniya...............................47.000 

Səudiyyə Ərəbistanı..............44.000 

Suriya....................................100.000 

Sudan....................................19.000 

Türkiyə.................................3.500.000 

Fransa..... .............................70.000 

Filandiya..............................18.000 

Almaniya. ............................350.000 

Çexiya...................................2.500 

Slovakiya..............................2.200 

İsveç......................................15.000 

Keçmiş Yuqoslaviya ölkələri....6.000 

Yaponiya..............................  15.000 

Yunanıstan..............................20.000

Ukrayna................................  55.000 

Belarus....................................9.000 

Rusiya Federasiyası................3.200.000 

Özbəkistan...............................100.000 

Qazaxıstan...............................110.000 

Gürcüstan................................650.000 

Litva... ....................................2.000 

Latviya. ..................................4.500 

Moldova .................................5.500 

Qırğızıstan .............................19.000 

Tacikistan...............................16.000 

Türkmənistan..........................50.000 

İsrail…………………………3.000

Estoniya..................................3.000скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!