Sən gəlməz oldun mahnısı - Tarixi

Sən gəlməz oldun mahnısı - Tarixi
Maraqlı məlumatlar
10.09.2017 20
Elə bir azərbaycanlı yoxdur ki, "Sən gəlməz oldun” mahnısını dinləyərkən ona toxunmasın.



Mahnı nəinki öz diyarında, hətta öz diyarından kənarda da sevilən mahnılardan birinə çevrilmişdir.

"Sən gəlməz oldun” mahnısının sözləri Mədinə Gülgünə, musiqisi isə Ələkbər Tağıyevə aiddir.

Ələkbər Tağıyev hər gün səhər saat 5-də yuxudan oyanır, bir neçə
melodiya yazır, nahar edəndən sonra isə onların üzərində çalışmağa
başlayırdı. Amma bu mahnıların heç də hamısı onun öz adı ilə Bədii
Şuradan keçmirdi: "O vaxtlar Ələkbər Bədii Şuraya 5-10 mahnı birdən
gətirib verirdi. Hamı da məəttəl qalırdı ki, bir adam bu qədər mahnı
bəstələyə bilər?! Ona görə də mahnılarından bir-ikisi Bədii Şuradan
keçirdisə, çoxu kənarda qalırdı. O da həmin mahnıları "xalq mahnısı” adı
ilə şuradan keçirirdi. Məsələn, "Araxçının məndədi, ceyran”, "Endim
bulaq başına”, "Sənsən” və s. Deyirdi, "mən bu mahnıları yazmışam ki,
xalq eşitsin. Qoy mənim adım getməsin, eybi yox, amma axır-əvvəl haqq öz
yerini tapacaq”. 

Amma Ələkbər Tağıyevin mahnıları illərdir unudulmur. Nəinki
Azərbaycanda, qardaş Türkiyədə və digər ölkələrdə də sevilir, ifa
olunur. Onun son illər daha çox səslənən mahnılarından biri "Sən gəlməz
oldun” mahnısıdır. Bu mahnı Fransada dünyanın 40 ən yaxşı mahnısından
biri seçildi. "Sən gəlməz oldun” Ələkbərin qardaşı oğlunun həyat
yoldaşına həsr olunub. Qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl
xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar
olur. Övladının heç bir yaşı olmamış dünyasını dəyişdi, Ələkbər də həmin
dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki,
evə gələn kimi bu mahnını bəstələyir. "Sən gəlməz oldun” mahnısı həmin
gəlinə ithaf olunub.

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da
dünyasını dəyişir. Və Maştağada "Seyidlər” qəbiristanlığında torpağa
tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın
sözlərinə bəstələdiyi "Mənim dünyam” mahnısından bir parça yazılır:
"Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!