Molla Nəsrəddin əslində kim olub?

Molla Nəsrəddin əslində kim olub?
Maraqlı məlumatlar
10.09.2017 14
Əsl
 adı Xoca Nəsrəddin olan şəxsi hamı Molla Nəsrəddin kimi tanıyır. Xoca
Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz
dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk
mənşəli olduğunu təsdiq etmişlər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox
az məlumat var.



Bir
çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə
anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulmuş,
lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdır. Elə
oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi. Molla
Nəsrəddinin atası Abdulla əfəndi imam olmuşdur, lakin o uzun yaşamayıb.
Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün
kənddə qalmaq çətin olur.

1237-ci
ildə o, Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu
vəzifədə işlərkən də ona "Nəsrəddin Xoca" deyə müraciət edirdilər və o,
bu adla da tarixə düşüb. Onun lətifələri, işlətdiyi sözlər Anadoludan
tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir.  Onun
lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla
Nəsrəddinin "Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin
yanında eşşəyi də görüntülənir.

Molla
Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı
Saltukun həyatından bəhs edən "Saltuknamə" əsərində rast gəlinib. Fateh
Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb)
şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması
və kitaba köçürülməsi barədə göstəriş verir. Göstərişin yerinə
yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. 7 il xalq
arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır. Həmin lətifələr
1480-cı ildə kitab halında çap edilir. Onunla baölı əsərlərdən biri
"Həzə Tərgemei Nasraddin Əfəndi Rahme" adını daşıyır, hazırda London
muzeyində saxlanılır.

Molla
Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan
iki qızı olub: Fatma Xatun və Dürri Mələk.  Molla Nəsrəddin 1284-cü ildə
(bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri
üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa
edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!