Şövqlə çalışan canlıların möhtəşəm xüsusiyyətləri

Şövqlə çalışan canlıların möhtəşəm xüsusiyyətləri
Maraqlı məlumatlar
10.09.2017 12
Bütün canlılar Rəbbimizin ilhamı ilə hərəkət edirlər. Allah bu
canlılara nə əmr edirsə, hamısı bu əmrə tam itaət və təslimiyyətlə tabe
olurlar. Bir çox canlının kiçik bədənlərinə baxmayaraq, həddindən artıq
fəal olmasının səbəbi də budur. Dünyanın ən çalışqan canlılarına aid bir
neçə misal çəkək.

Bənd qurmaq üçün böyük ağacları kəsən qunduzlar

Ən çalışqan canlılardan biri qunduzlardır. Addım-addım hərəkət edərək
həyata keçirdikləri işləri sayəsində qunduzlar yaşadıqları mühiti
dəyişdirməkdə bütün digər heyvanlardan daha bacarıqlıdırlar. Çox ağır,
hündür ağacları belə iti dişləri ilə kəsə bilir və bu ağaclardan sürətlə
axan suyun qarşısını kəsmək üçün bənd qurmaqda istifadə edirlər. Bir
qunduz ildə 200-ə qədər ağac kəsir. Üstəlik, bunun hamısını dişləri ilə
edir. Zaman ərzində dişləri aşınır və bəzən də qırılır. Ancaq bu
qunduzlar üçün maneə deyil, çünki kəsici ön dişləri çox qısa müddətdə
yenidən uzanır. Ancaq təkcə ön dişləri uzanır, əgər arxa dişləri də
uzansaydı, ağız quruluşları pozular və dişlərindən istifadə edə
bilməzdilər.

Qunduzların bənd inşa etmək üçün olan bu şövqü, əlbəttə, Rəbbimizin
bu canlılara ilhamıdır. İndiyə qədər yaşamış bütün qunduzlara və
əlbəttə, digər heyvanlara da nə etməli olduqlarını ilham edən Rəbbimiz
bənzərsiz ağıl sahibidir. Allah hər şeyə qadirdir və bütün canlıları
yaradandır. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:

Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə
sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah
istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur surəsi, 45)

Nəslini davam etdirmək üçün çoxlu bala dünyaya gətirən dovşan

Qida zəncirinin ucunda yerləşən bir canlı üçün sürətlə nəslini davam
etdirmək, demək olar ki, ölüm-dirim məsələsidir. Balalarını dünyaya
gətirmək üçün dovşanlar sürətlə hərəkət edirlər. Bir dişi dovşan ildə 1
dəfəyə 4-6 bala dünyaya gətirir. Riyazi cəhətdən bu çoxdur. Dovşanlar
bəzi yerlərdə zərərli surətdə çoxalırlar. Məsələn, Avstraliyada yırtıcı
növlər olmadığına görə, dovşanlar təbii mühitə buraxıldıqda çox qısa
müddətdə saylarını artırmış və 100 ildən də qısa müddətdə 600 milyona
çatmışlar.

Allah həyat verəndir. Canlıları yaradan da, yaradıqlarından yeni
canlılar çıxaran da Odur. Bütün canlılar Onun sayəsində yaşayırlar.
Həyatlarını, düşündükləri kimi, ancaq ata-analarına deyil, ata-analarını
da, onları da yaradan uca Allah’a borcludurlar. Quranda Allah belə
buyurmuşdur:

Sizləri yer üzündə yaradıb törədən Odur. Siz Onun hüzuruna cəm ediləcəksiniz. (Muminun surəsi, 79)

Ov zamanı fəallıq göstərən dişi aslanlar

Arı koloniyalarında olduğu kimi, aslanlar arasında da ən ağır işləri
dişilər görür. Ov tapmaq və gəncləri yetişdirmək kimi işlərin çoxunu
dişilər öhdəsinə götürür. Böyük ətyeyən heyvanları, hətta bəzən fil və
zürafə kimi öz boylarından qat-qat böyük heyvanları belə təkbaşına tuta
bilirlər.
Dişilərin tam əksinə, erkək aslanlar vaxtlarının çoxunu dincələrək və
dişilərin tutduğu ovla qidalanaraq keçirirlər. Ancaq balaları öldürmək
istəyən digər erkək aslanlardan və kaftarlardan qoruyurlar.

Böyük güc və enerji sərf edən qarışqalar

Dünyada minlərlə qarışqa növü var və hamısı müxtəlif şəkildə
qidalanırlar. Bəziləri ətyeyəndir, həşəratlar və tutduqları heyvanlarla
qidalanırlar. Digərləri milyonlarla bitki kökünü toplayıb yeraltı
anbarlarda ehtiyat toplayır, hətta bəziləri topladıqları yarpaqlardan
qida kimi göbələk becərirlər. Növündən asılı olmayaraq, bütün qarışqalar
çox güclüdürlər, öz çəkilərindən 10-50 dəfə artıq yük qaldıra bilirlər.
Bu qüvvələrindən qida toplamaqda və koloniyalarını düşmənlərdən
qorumaqda istifadə edirlər. Bütün canlılar kimi, qarışqalar da mükəmməl
davranışları və çalışqanlıqları ilə bilik və ağılın əsl mənbəyi olan
Allah tərəfindən yaradılıblar. Quranda bu həqiqət belə bildirilmişdir:

Göylərin, yerlərin və onların arasında olanların mülkü Allah’a
məxsusdur. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir! (Maidə
surəsi, 17)

Torpağı məhsuldar edən kiçik əkinçi: torpaq soxulcanı

Torpaq soxulcanları əhəmiyyətsiz görünə bilərlər, ancaq demək olar
ki, bütün dünyanı hərəkət etdirirlər. Ayaqları olmayan bu onurğasızlar
yerin altında tunellər qazır, mineralları yeyir və qidaları olan bitki
və heyvan qalıqlarını yerin altına çəkirlər. Nəticədə, yer səthinə
qidalandırıcı, torpağı zənginləşdirən artıqlar çıxarırlar. Bu şəkildə,
sağlam torpaq soxulcanı sürüsü ildə 1 hektara 20-40 ton torpaq əkir.
Torpağın içində 70 sm-ə qədər dərinliyə enərək çevrə və ya oval formalı
yollar açan soxulcanlar bir hektarlıq sahədə 25 tonluq kütləni üzə
çıxarır, bu yolla torpağı 5 sm-ə qədər qabardır. Çəkisi bir neçə qram
olan soxulcan özündən 50-60 dəfə ağır kütləni də hərəkət gətirə bilir.
Bu, 100 kq çəkili idmançının 5 tonu hərəkətə gətirməsinə bərabərdir.
Bütün bunların təsadüflərlə açıqlanması qeyri-mümkündür, əksinə, bu
kiçik canlının çox üstün ağılla yaradıldığını üzə çıxarır. Rəhman olan
Allah bu kiçik canlını möhtəşəm orqanlar və mükəmməl davranışlarla
yaratmışdır. Çünki Rəbbimiz qüsursuz yaradandır. Ayələrdə belə
buyurulur:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz
çevirib keçirlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allah`a
inanarlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!