18+ işarəsindən nə məqsədlə istifadə olunur və fəsadları nədir?

18+ işarəsindən nə məqsədlə istifadə olunur və fəsadları nədir?
Maraqlı məlumatlar
10.09.2017 8
Vizual
mediada edilən "+18″ xəbərdarliğı beynəlxalq səviyyədə reallaşdırılan
bir yapışdırma fəaliyyətidir. Ailə şüurunu yox etmək və var olan
ailələri dağıtmaq üzrə dəzgahlanmış hiyləgər bir plandır. Şüursuz
gənclər və məsuliyyətsiz fərdlər yetişdirmək üzrə inkişaf etdirilən
gizli bir silahdir.



Beləki
+18 xəbərdarlıqlarının böyük bir hissəsi cinsi məzmunlu və daha çox
pozğun səhnələri saxlayan vizualları əhatə etməkdədir. Məqsədi "18 yaşı
və üzərindəkiləri maraqlandırar” mesajını verməkdir. Sanki cinsi
məzmunlu səhnələr yalnız 18 yaşın altındakılara qadağanmış və yalnız
onlar üçün təhlükəliymiş kimi və əgər"18 yaşının üzərindəsinizsə izləyə
bilərsiniz, sizin üçün bir qorxusu yox” fikri aşılamaqdadır. Məqsədi
insanlara şüur altı səviyyədə təsir edib onlara pozğunluq şüurunu
peyvənd etmək və pozğunluğu insan həyatında normallaşdırmaqdır. Halbuki
pozğun məzmunlar virtual fantaziyaların reallaşdırıldığı tamaşaçısında
cinsi iqtidarsızlığa səbəb olan və yoldaşlar arasındakı bir çox həyəcanı
öldürən, qarşılıqlı məsuliyyətsizləşməyə və gənclərdə şüursuzlaşmağa
səbəb olan görüntülərdir. Pozğunluğu izləyən gənclər və böyüklər,
iradəsini zəiflədərək vətəni və milləti ilə əlaqədar onlarla əhəmiyyətli
məsələni atlayıb; dini və insani əsl vəzifələrini unudub günü birlik
həyəcanların və onlarla günahların arxasında qaçmaqdadır. Pozğun
filmlər, insanları uca yaradanın evli cütlərə verdiyi zövqlərdən məhrum
buraxan pis filmlərdir.



Psixoloqlar
da pozğunluğu izləmənin həm qadınlar həm də kişilər üzərində
narkotikdən daha çox bir şəkildə asılılıq meydana gətirdiyinə,
pozğunluğu izləməyi buraxmanın bir siqareti ya da bir narkotiki
buraxmaqdan daha çətin olduğuna qənaətinə gəlmişlər. Xüsusilə pozğunluğu
izlərkən öz nəfsini təmin etməyə çalışan fərdlərin, bu hadisələrdən
sonra içinə düşdüyü peşmanlıq və pərişanlıq hissi, psixologiyalarının da
pozulmasına, depressiyaya girmələrinə səbəb olmaqdadir.



Pozğunluğu
izləyən fərdlərin bir müddət sonra gerçək həyatında pozğun hərəkətlərlə
bağlı qarabasmalar gördüyü və günah meylinin artdığı elmi olaraq sübut
edilmişdir. Xüsusilə cütlər arasında qısqanma duyğusunu azaltdığı və
aldatma meylinin artdığı, təhsilsiz insanlarda isə təcavüzlərə qədər
aparan günahlara səbəb olduğu isbat edilmişdir. Ayrıca pozğunluq düşkünü
evli cütlərdə, qarşılıqlı məmnuniyyətsizliyə səbəb olduğu, cütlər
arasında olan həvəsin azaltdığı və aldatma meylini də artırdığı isbat
edilmişdir.



Agah
olmaq lazımdır ki, +18 xəbərdarlığı bir xəbərdarlıq deyil, bir
normallaşdırma hərəkətidir. Xüsusilə böyükləri hədəf alan və haram
qılınmış bir çox təhlükəli hadisəyə qarışmanın normalmiş kimi ifadə
edildiyi və bir çox fərdin həyatını qarartmağı hədəflədiyi, beynəlxalq
səviyyədə cani tərəfindən düşünülmüş bir fəaliyyətdir.



Bu oyuna gəlməyək. Özümüzü və sevdiklərimizi bu pislikdən qurtaraq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!