Xoşbəxtliyi tapmısansa, sorğulama...

Xoşbəxtliyi tapmısansa, sorğulama...
Maraqlı məlumatlar
10.09.2017 11
"Əgər Namaz qılan şəxs ALLAHın Rəhmətinin onu necə əhatə etdiyini bilsəydi, başını Səcdədən qaldırmaq istəməzdi".

-Hz. Əli (ə)-



İnsanın hər
nəfəsdə 2 dəfə şükür etməsi lazımdır. Biri nəfəs aldığı üçün, biri nəfəs
verdiyi üçün. Çünki verib almamaq var və alıb verməmək var. 

- Sədi Şirazi-



Çox qəribədir, Sevdiyimiz insanın hər yalanında bir doğru axtararkən, Sevmədiyimiz insanın hər doğrusunda bir yalan  axtarırıq. 

- Dostoyevski -



Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox dinləyib, az danışmaq gərəkdir.

- Hz Mevlana -



" İnsan iki insanın üzünü heç vaxt unutmaz; ehtiyac anında yanında olanı, çətin zamanında yalnız buraxanı..."

- Hz. Hüseyn-



Siz nə qədər şərəfli olsanız, həyat yoldaşınız da o qədər namuslu olar!

- Hz. Məhəmməd (s.a.v)-



Yalnız uşaqkən gülər insan, Digərləri uydurma.

"Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində...''

- B. Marley -



"Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək.Demək istədiyim :

- Yorma özünü..."

- Elbert Hubbard-



Bəziləri "Sevirəm" deyər, Çünki əzbərləmişdir. Bəziləri deyə bilməz, Çünki həqiqətən sevmişdir.. 

-Can Yucel-



Mənim həyatım, mənim seçimlərim, 

mənim səhvlərim, mənim problemlərim,

mənim yanlızlığım. Yəni qısacası sizi maraqlandırmır.

- Charles Bukowski -



Gözyaşım qədər dəyərlisən. Amma necə ki, gözyaşlarım gözümdən düşdü, indi sən də eləsən...

-Pablo Neruda-



Dünya hər kəsə yetəcək qədər böyükdür. Ona görə də başqasının yerini qapmaqdansa, çalışaraq həqiqi yerinizi tapın. 

- Charlie Chaplin -



Mən sahib
olduqlarımın dadını çıxartmağı öyrəndim həyatda. Sahib olmadıqlarımın və
ola bilməyəcəklərimin kədərinə ayırmağa vaxtım yoxdur. Həyat çox
qısadır...

-Mina Urgan-



İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; Xoşbəxtliyi tapmısansa, SORĞULAMA...

- Charles Bukowski -



Düşündüyünü de, dediyini et, etdiyinin arxasında dur. Amma diqqət et ki, öz sözlərinin altında əzilməyəsən. ”

-Hz.Mövlanə-



Bir qadının gözəlliyi, ancaq sevməyə başladığı zaman meydana çıxar.

- La Bruyere -



Doğru insan, səhv zaman.

Doğru zaman, səhv insan.. 

Həyat belə oyunlar oynayar hər zaman! " 

- Paul Auster -



"Bu dünyadakı ən çətin iş, Öz-özünə sadiq qalmaqdır..."

- F.Dostoyevski -



Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli.

-Hüseyn Cavid-



Bilin ki,
insanın dəyərini varlığı deyil yoxluğu göstərir. Və unutmayın ki,
yoxluğu bir şey dəyişdirməyənin, varlığı da gərəksizdir.

-F.M. Dostoyevski-



Mühüm olan
yüksəklərə çıxıb həyata təpədən baxmaq deyil; Mühüm olan nə qədər
yüksəlsən də hər şeyə bərabər məsafədən baxa bilməkdir.



"Zəif daim ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə belə deyil"

-Aristotel-



"Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər."

-Marqaret Tetçer-



"Dost itirmək"
deyə bir şey yoxdur. Sadəcə həqiqətən yanında kimlərin olub kimlərin
olmadığını anlayarsan. Buna da itirmək deyilmir...



" Getmə deyə biləcək qədər güclü olmalı insan həyatda. Çünki heç kəs itirdiyini unuda biləcək qədər güclü deyil, əslində... ” 

-Victor Hugo-



Xatirə şirin də, acı da olsa, hər zaman iztirab verir insana...

- Fyodor Dostoyevski -



"Bəzən elə danışacaqsan ki qarşındakı cavab verə bilməyəcək. Bəzən də elə susacaqsan ki, qarşındakı danışmağa belə 

cəsarət edə bilməyəcək "

- Gabriel Garcia Marquez -скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!