İldırım haqqında məlumat

İldırım haqqında məlumat
Maraqlı məlumatlar
10.09.2017 95
İldırım — buludla yer arasında və ya iki müxtəlif yüklü bulud arasındakı elektrik boşalması.



Havada
olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını
kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları
parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun
müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir
buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya
müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada
deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər yerə, yerdə olan
mənfi yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü
parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın
sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada
cərəyanın şiddəti 10-20 min amperə qədər, gərginlik isə 150 milyon
voltdan artıq ola bilir. İldırımın işığı parlaq və gözqamaşdıran olur,
əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək
adlanır.



Planetimizdə
hər dəqiqədə 500-dən çox ildırım çaxır. İldırım çaxarkən radio,
televizor, kompyuter, mobil telefonlardan istifadə etmək doğru deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!