Niyə kəsilən barmağımızı ağzımıza salırıq?

Niyə kəsilən barmağımızı ağzımıza salırıq?
Maraqlı məlumatlar
10.09.2017 8
Elmi
araşdırmalar həyatımızdakı bir sıra həqiqətləri daha tez qavramağa,
bəzi hadisələrin baş vermə səbəbini daha yaxşı anlamağa kömək edir.



Alimlərin illərdir apardığı bir sıra araşdırmaları. Bu məlumatlar sizin üçün xeyli maraqlı ola bilər.



Əgər
dünyanın bir ucundan digərinə qədər tunel qazmaq mümkün olsaydı və bir
ucunda özümüzü boşluğa buraxsaydıq, 42 dəqiqə 12 saniyəyə qədər digər
ucuna çatardıq.



Orta
böyüklükdə bir topa buludunun ağırlığı təxminən 100 filin ağırlığına
bərabərdir. Bəs o zaman o necə havada qalır? Alimlərin araşdırmasına
görə, bunun səbəbi buludun içərisində milyardlarla mikro yağış
damcılarının dağılmış vəziyyətdə olmasıdır. O damcılar o qədər balacadır
ki, təxminən bir milyonunu bir yerə toplasaq bir yağış damcısı alınar.



Bəs
barmağınız kəsilərkən niyə istər-istəməz onu ağzımıza salırıq,
xəbəriniz var? Alimlər bunun da səbəbini müəyyən ediblər. İnsan
tüpürcəyində olan "opiorfin” adı verilən maddə morfindən 6 dəfə daha
təsirli ağrıkəsicidir.



Sadəcə
ilanlar dəri dəyişdirmir. İnsanlar da həyatı boyunca təxminən 900dəfə
bütün bədəninin dərisini dəyişir. Bu da təxminən 20-25 kiloqram dəri
deməkdir.



Qandakı bir qırmızı qan hüceyrəsi 20 saniyə ərzində bütün bədəndə hərəkət edir.



Dünyada hər il təxminən 1 milyon irili-xırdalı zəlzələ olur.



Kosmonavtlar kosmosda gəyirə bilməz. Çünki mədədə olan qazı yeməklərdən ayıran yerin cazibə qüvvəsidir.



Təxminən
80 illik bir ömrü olan biri ömrü boyunca atdığı addımlarla dünyanın
ətrafını 3 dəfə gəzə biləcək qədər bir məsafə qət etmiş olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!