Diqqət: Bu heyvanların nəsli kəsilə bilər!

Diqqət: Bu heyvanların nəsli kəsilə bilər!
Maraqlı məlumatlar
10.09.2017 64
Artıq dünyanın fərqli hissələrində bir çox heyvan nəslinin kəsilməsi
təhlükəsi ilə qarşı- qarşıyadır. Bunun bir çox əhəmiyyətli səbəbləri
mövcuddur. İlk insanlar sadəcə qarınlarını doyurmaq və qorunmaq üçün ov
edirdisə, sonradan əyləncə məqsədli və fərqli ehtiyaclarını qarşılamaq
üçün də heyvanları ovlamağa başladılar.  Mottomuzun əksinə olaraq, bu
bəd xəbər olsa da Afrikadan Asiyaya həmin heyvanları tanımağınızı vacib
hiss etdik. Çünki bu heyvanların sayı artıq kritik dərəcədə azalıb.



Vaquita
(Meksika delfini)

Dünyada nadir görulən məməli heyvanlardan olan Meksika
delfini çox az yerdə yaşaya bildiyi üçün və balıqçı torlarına rahat
düşdüyünə görə nəsli tükənmək üzrədir.

 

Pigme Borneo Fili

Asya
fillərindən 50 sm daha qısa olan fillər, eyni zamanda daha evcil olur.
Palma ağaclarının əkilməsi fillərin otlaqlarını azaldır və saylarının
azalmasına səbəb olur.

 

Cross River qorillası

1980-ci
ildə nəslinin kəsildiyi ehtimal edilən qorilla hələ də mübarizəyə davam
edir. "Cross river qorilla” bol əti olduğu üçün ovçuların ən sevimli
ovlarından biridir.

 

Sumatra pələngi

Bu cins
pələngin min illərdir sadəcə Sumatra adasında yaşaması insanlardan
qaçmasını çətinləşdirir. Həyatda qalanların əksəriyyəti artıq qoruma
altına alınıb və sadəcə 100-ü təbiətdə yaşamağa davam edir.

 

Qızıl başlı Langur

10 ildir qoruma altında olan və bütün cəhdlərə baxmayaraq artırıla bilməyən heyvan sonuncu dəfə 2003 ilində balalayıb.

Böyük
PandaTəbiətin daralması, hissələrə parçalanması pandanın yox olmasına
gətirib çıxarır. Qapalı yerlərdə çoxaltma cəhdləri və yaşadıqları
əraziləri qoruma altına alınması hələ də təbiətdə qala bilməsinə imkan
yaradır.

 

Qütb ayısı

İnsanın qütblərə gedib
çıxması və icazəsiz ovlama, qütb ayılarının həyatına ən böyük təhdiddir.
Bundan əlavə iqlim dəyşikliyi və buzların əriməsi də ayıların sürətlə
azalmasının əsas səbəblərindən biridir.

 

Böyük Mekong Balığı

Təxminən 293 kiloqram olduğuna görə çox ovlanan Mekong balığı Laos, Kamboca və Tayland sahillərində yaşayır.

 

Meksika semenderi

Çəhrayı
və dörd ayaqlı balığa həm də "gəzən balıq” deyilir. Artıq nəsli
tükənməl üzrə olan balıq qoruma altına alınmağa çalışırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!