Pələng ona yeməsi üçün verilən keçiylə dostlaşarsa..

Pələng ona yeməsi üçün verilən keçiylə dostlaşarsa..
Maraqlı məlumatlar
10.09.2017 17
Zoorparklarda bəzi yırtıcı heyvanlara yemək üçün canlı heyvanlar da verilir. Amur adlı pələng ilə Timur adlı keçinin də əhvalatı bunun sayəsində yaranıb.

Bu yaxınlarda Rusiyada baş verən analoji hadisə hər kəsi təəcübləndirdi. Sxotovskiy Parkında saxlanılan pələngə axşam yeməyi üçün keçi verilir. Ancaq pələng həmin keçini yemək əvəzinə onunla dost olur.



Siberian Times’ın xəbərinə görə 10 kvadrat kilometrlik parkda yaşayan Amur pələngini həftədə iki dəfə canlı yemlə bəsləyən işçilər, hər zaman olduğu kimi pələngin yuvasının yaxınlığına bir keçi atırlar. Keçi heç bir şey olmamış kimi pələngin ətrafında gəzişməyə başlayır. Parkın işçiləri keçi və dovşan ovlamaya adət etmiş pələngin, bu keçinin heç bir qorxu keçirmədən ətafında gəzməsinə təəcüblənərək nə edəcəyinə qərar verə bilmədiyini deyir.



İşçilər artıq beş gündür pələnglə Timur adı verdikləri keçinin bərabər yaşadığını, hətta keçinin Amur pələnginin yuvasında yatdığını belə gördüklərini deyirlər.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!