Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram deyirsinizsə, SƏBƏBİ VAR

Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram deyirsinizsə, SƏBƏBİ VAR
Maraqlı məlumatlar
10.09.2017 20
Niyə
güzgüdə özümə gözəl/yaraşıqlı göründüyüm halda, fotolarda eybəcər
çıxıram,” deyənlərdənsiniz? Ailənizdəki, hətta bütün dünyadakı ən
fotogenik olmayan adam olduğunuzu düşünürsünüz? Onda sizə deyək ki, bu
mövzuda qətiyyən tək deyilsiniz.

 

İnsanların
bəlkə də 90 faizi fotolarda çirkin düşdüyünə inanır. Bunun isə çox
bəsit bir səbəbi var- GÜZGÜLƏR! Belə ki, özümüzü güzgüdə görməklə qarşı
tərəfdən görmək arasında fərq var: biri digərinin çevrilmiş halı olaraq
görünür. Biz uzun illərdir ki, özümüzü qarşıdan deyil, güzgüdən
gördüyümüz üçün həmin görüntüyə də olduqca öyrəşmişik.



Digər
tərəfdən də insanın siması tam simmetrik deyil. Sol tərəfiylə sağ
tərəfi arasında kiçik, lakin beynimizin diqqətini çəkə bilən fərqlər
mövcuddur. Məsələn, kiminsə bir gözü digərindən böyük, bir qaşı
digərindən fərqli, bir yanağı digərindən bir az daha şişkin və sair ola
bilir. Əlbəttə ki, bunlardan daha böyük fərqlər də mövcuddur. Beynimiz
fotolarda bu fərqləri dərk etdiyi üçün fotodakı görünüşümüzü bəyənmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!