Dünya neylon torbalara mübarizə aparır

Dünya neylon torbalara mübarizə aparır
Maraqlı məlumatlar
10.09.2017 9
Bizdə bol-bol istifadə olunan, hara gəldi atılan, hər yerdə pulsuz
verilən, külək olanda havada uçuşan bu neylon torbalara qarşı bəzi
ölkələrdə mubarizə aparildığını bilirdiz?



Çünki bu neylon torbalar ekoloji cəhətdən çox zərərlidirlər.



Bəzi maraqlı faktlar:



– Almaniyada bu torbalar qadağan deyil, lakin marketlərdə pulla satılır.
Bir ədədi 10 sentdən başlayır. Ona görə almanların çoxu özləri ilə
parça torbalar, ya da araba tipli çantalar gətirirlər. Ama balaca türk
mağazaları çox vaxt pulsuz verirlər. Bir də marketlərdə tərəvəz
bölməsində balaca neylonlar pulsuz olur. Ama yeni gərara görə aprelin
1-dən 60 faiz neylon torbalar pullu olub.



– İtaliyada 2011-ci ildən neylonlar ümumiyyətlə qadağandır. Marketlerdə
kağız torbalar satılır – 15 sent. Hamı özü ilə torba gətirir. Qaydalara
əməl etmeyib neylon istifadə edən müəssisələr 25 min avro cərimələnir.



– Fransada da ötən ildən qadağandır neylonlar. Meyvı tərəvəz bölməsində qalır sadəcə, 2017-ci ilə kimi o da qadağan ediləcək.



– İngiltərədə təzə başlayıblar. Böyük marketlərdə pulludu torbalar, lakin ucuzdu. Balaca dükanlarda pulsuzdu.



– Norveçdə də pulludur, lakin heç kimin vecinə deyil, hami alır.



– ABŞ-ın yarısında pulludur, yarısında pulsuzdu.



– Çin də 2008-ci ildən pulludur. Ama ucuzdur: 2-3 sent. Qanuna əməl etməyən müəssisələr cərimələnir.



Statistikaya görə hansı ölkələrdə pullu olub, orada neylonların istifadəsi kəskin şəkildə azalıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!