Bu vərdişlər insan ömrünü qısaldır

Bu vərdişlər insan ömrünü qısaldır
Maraqlı məlumatlar
10.09.2017 20
Sağlam şəkildə uzun ömürə malik olmaq - hər bir insanın arzusudur.

Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir. Bu adətlərdən bəzilərini tanıyaq:

1.
7 saatdan çox əyləşmək. Mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin
üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, o insanlar
ki, gün ərzində 7 saatdan çox əyləşirlər, az fəaliyyət göstərirlər -
daha çox ölüm riskində qərar tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.

2.
8 saatdan çox yatmaq. Yuxu bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən
verdiyi enerjini bərpa etmək üçün faydalı olduğu kimi, çox yatmaq
sağlamlığı təhlükəyə salar. Mütəxəssislər bir neçə il ərzində
keçirtdikləri tədqiqatdan bu qənaətə gəlib çatıblar ki, o insanlar ki,
gecəni 8 saatdan çox yatırlar, beyin insultu riskinə daha çox məruz
qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.

3.
Hərəkətsiz olmaq. Tədqiqatçılar bu nəticəyə gəlib çatıblar ki,
saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini
yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda
xərçəng, parkinson, qaraciyər xəstəlikləri riski daha çoxdur.

4.Spirtli
içkilər içmək. Bu 6 adət içərisində spirtli içki içmək ölüm riski üçün
birinci sırada durur. Spirtli içki içmək bir çox xərçəng xəstəliklərinə
yol açar.

5.
Siqaret çəkmək. Mütəxəssislər 96 kişi üzərində tədqiqat aparıb bu
nəticəyə gəliblər ki, siqaret çəkmək ölüm riskinin mühüm amilidir. Tütün
bir çox xərçəng xəsətliklərinin yaranmasına şərait yaradar. O cümlədən:
ağciyər, öd yolu xərçəngi kimi.

6.
Yağlı və şirin yeməklər. Çəkinin artıq olması, həddən artıq köklük tez
ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını
tənzimləmək lazımdır ki, həddi aşmasın. Əgər qidanız yüngül olarsa, daha
sağlam həyat tərzi sürə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!