Artıq yaşlanmağa doğru getdiyinizi göstərən 20 işarə

Artıq yaşlanmağa doğru getdiyinizi göstərən 20 işarə
Maraqlı məlumatlar
10.09.2017 5
Əgər hələ də böyümədiyinizi, yaşlı olmadığınızı düşünürsünüzsə, bir də bu tərəfdən baxın ;)

1. Facebook səhifənizin əyləncə və parti fotoları yerinə dostlarınızın uşaqlarının fotoları ilə dolmağa başlaması.

2. Və yaxud marafonlara qatılan dostlarının fotoları ilə.

3. Bir konsertə getdiyiniz zaman, oturmağa bir yer tapdıqda sevinməyə başlamağınız.

4. Bizim oxuduğumuz vaxtlarda deyə başlayan bir hekayənin üzərindən 5 il keçdiyini bilirsinizsə

5. İçində məktəb zamanlarındakı gənclərin olduğu filmlərdə, tv proqramlarında özünüzü artıq valideynlərin yerinə qoyduğunuzu hiss edirsinizsə

6. Gecə çölə çıxdığınız yerdən, "çox səs" olduğuna görə çıxırsınızsa

7. Ətrafdan yığdığınız və bir gün bəlkə işə yarayar deyə bu formada saxladığınız vizit kartlarınız varsa

8. Kredit kartı borcunuz hər ay sizi daha çox qorxutmağa başlayırsa

9. Səyahətə çıxdığınız zaman yataqxanalar kimi olan ucuz hostelləri deyil, normal otel otağlarını seçməyə başlayırsınızsa

10. Hər keçən gün heç xəbərinizin olmadığı müğənnilərin və musiqi qruplarının sayının sürətlə artması

11. Hər axşam evə gəldiyiniz zaman "boş-boş yatmaqdan başqa heç bir şey etmək istəmirəm" deməniz

12. Çox içdiyiniz zaman ertəsi gün bu vəziyyətdə olduğunuzu bilirsinizsə

13. Ana-atanızın sizin yaşınızda olarkən sizi dünyaya gətirdiyinin fərqinə varmanız

14. İdmanla məşğul olmanın, hətta qaçmağın belə artıq çox çətin gəlməsi

15. Ayaqqabı aldığınız zaman ilk qayğınızın rahatlıq olması

16. 11 yaşındakı uşaqlardan ağıllı telefonlar haqqında bilmədiyiniz özəlliklər və proqramlar haqqında öyrənməniz

17. Əvvəllər heç vecinizə olmayan şeylər haqqında çox həyəcanlamağınız. Məs: Əlavə xərcsiz, ucuz kredit

18. Əvvəllər necə səhərə qədər oyaq qala bildiyinizə inanmamanız

19. Festival və universitet şənlikləri üçün "artıq bizdən keçdi" deməniz

20. Dostlarınızla görüşlərdə artıq uşaqların da iştirak etməsi

Artıq sizin də yavaş-yavaş yaşlanmağa doğru getdiyinizi göstərirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!