Ağıllı sitatlardan bezənlər üçün sarkazm dolu 10 zen ifadəsi

Ağıllı sitatlardan bezənlər üçün sarkazm dolu 10 zen ifadəsi
Maraqlı məlumatlar
10.09.2017 54
İnternet dünyasında sitatlar, aforizmlər, hikmətli ifadələr hər zaman populyar olub və belə görünür ki, bu uzun müddət də davam edəcək. Müəyyən fikirlər bizə hər hansı bir həyati məsələdə kömək etsə də, bəzən eyni sitatın fərqli müəlliflərə aid edilməsi və ya həddən artıq çox istifadə edilməsi insanı bezdirə bilir. Bu gün biz məhz belə insanları nəzərə almışıq.

Sarkazm dolu zen ifadələri bizim gözümüzü yoran ifadələri tamam fərqli və daha realist formalarda təqdim edir. Qadinlar.Biz həmin ifadələrdən bir neçəsini sizin ixtiyarınıza verir. Əminik ki, bu ifadələr sizin üzünüzü güldürəcək.

1. Mənim arxamca gəlmə, səni düzgün istiqamətləndirməyə bilərəm. Məndən irəlidə getmə səni izləməyə bilmərəm. Yanımda da gəzmə, sadəcə cəhənnəm ol buradan.
2. Ən dərin qaranlıqlar günəşin çıxmasına az müddət qalmış olur. Ona görə də qonşunuzun qəzetini oğurlamaq istəyirsinizsə, bu ən optimal zamandır.
3. Hər zaman yadında saxla ki, sən unikalsan. Bütün digər insanlar kimi.
4. Suyun dərinliyini heç vaxt iki ayağını da suya salaraq yoxlama.
5. Kimisə tənqid etməmişdən əvvəl, onların ayaqqabılarını geyinərək, bir metr məsafə gəzməyə çalış. Belə olduqda, sən onları tənqid edəndə həm uzaqda dayanmış olacaqsan, həm də ayaqqabıların olacaq.
6. Əgər kiməsə 20 dollar borc vermisən və bir də həmin adam haqqında heç nə eşitməmisənsə, bunu uğurlu sərmayə hesab etmək olar.
7. Doğrunu deyən insanlar nəyisə yadda saxlamaq məcburiyyətində qalmırlar.
8. Bir insana balıq ver, onu bir günə yeyib qurtarsın. Ona balıq tutmağı öyrət, bütün gününü qayıqda pivə içərək keçirsin.
9. Qadınlarla mübahisə etdikdə iki nəzəriyyəyə uyğun hərəkət edə bilərsən. Lakin o nəzəriyyələrdən heç biri işə yaramır.
10. Pulunu ikiqat artırmağın ən asan yolu onu ikiqat bükmək və yenidən cibinə qoymaqdıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!