Həbsə düşərək məşhur olan yazıçı

Həbsə düşərək məşhur olan yazıçı
Maraqlı məlumatlar
10.09.2017 15
1894-cü ilin sonunda Porterin işlədiyi bankda yoxlama zamanı 5 min dollar məbləğində vəsaitin çatışmadığı aşkar edilir. Gələcəyin məşhur yazıçısı dərhal işdən azad edilir və daha sonradan hətta həbsə atılır. Tezliklə girov qarşılığında Porteri həbsdən azad edirlər. Dərin həyəcanlar içərisində o Hondurasa qaçır. Bunun ardınca isə faciə və komediya səhnələri ilə zəngin olan əsl macəra filmi başlayır. Porter Hondurasda təqribən 1 il yaşadıqdan sonra ona həyat yoldaşının ölümcül xəstə olduğu xəbəri verilir. Vəziyyət belə olduqda hadisələr artıq bu məcrada inkişaf etməyə başlayır: Porter evinə qayıdır, polisə təslim olur, girov qarşılığında məhkəmədən azad olur, həyat yoldaşını dəfn edir, bundan sonra isə 1898-ci ildə 5 illik həbs cəzasına məhkum edilir.

O öz məhkumluq illərini Ohio Penitentiary həbsxanasında keçirib.

Porter həbsdə olduqda yetim qalmış qızının Yeni ildə hədiyyəsiz qalacağına görə çox narahat idi. Buna görə də, “Fitçalan Dik-in Milad hədiyyəsi” adlı hekayə yazır və onu jurnala göndərir. Və növbəti gün o gözlənilmədən məşhur olur. Bu zaman isə o professional yazıçı olmaq qərarına gəlir.

Təsadüfən uğura nail olmmuş yazıçı 24 iyul 1901-ci ildə həbsdən azad edilir.

William Sidney Porter
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!