Ən böyük kiber-hücum və internet fırıldaçılıqları

Ən böyük kiber-hücum və internet fırıldaçılıqları
Maraqlı məlumatlar
10.09.2017 6
Son zamanlar nəhəng bankların təhlükəsizlik sistemlərinin sındırılması, ödəniş sitemi müştərilərinin şəxsi məlumatlarının oğurlanması və s. bu kimi xəbərlərə çox tez-tez rast gəlirik. Banker.az saytı olaraq son dövrlərin ən nəhəng kiber hücumlarını təqdim edirik:

Citibank (1994-cü il)
Bu kiberterror aktını Sankt-Peterburqdan olan Vladimir Levin təşkil etmişdi. O bankın daxili şəbəkəsinə daxil ola bilmiş və ABŞ, Finlandiya, İsrail və digər ölkələrdə olan hesablara 10 milyon dollardan çox pul köçürmüşdü. 400 min dollar istisna olmaqla onun etdiyi köçürmələr blok edilmiş, Levin isə ələ keçirilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

PayPal (2000-ci il)
Bu kiber cinayətdə iştirak edənlər, Rusiyanın Çelyabinsk əyalətinin xakerləri Vasiliy Qorşkov və Aleksey İvanov PayPal, Western Union və Nara Bank-ın korporativ şəbəkəsinə daxil olmuşlar. Onlar adi fərdi kompüterlərin köməkliyi ilə 16 min kredit kartı nömrəsini oğurlamış və ümumilikdə 25 milyon dollar zərər yetirmişlər. FTB elə həmin il onları ələ keçirir və onlardan biri 3, digəri isə 4 il müddətinə həbs edilir.

Microsoft (2004-cü il)
12 fevral 2004-cü ildə Windows 2000 əməliyyat sisteminin mənbə kodunun oğurlandığı haqqında məlumatlar yayılır. Bu zaman Microsoft şirkəti xəbər verir ki, 600 milyon bayt məlumat, 31 min fayl və 13,5 milyon sətr şifrə oğurlanmışdır. Tez bir zamanda oğurlanmış bu məlumatlar şəbəkədə paylaşılır. Qeyd edək ki, bu kiber hücumun təşkilatçıları hələ də tutulmayıb.

«Fişinq kralı» (2005-ci il)
Valdir Paulo de Almeyda tarixə ən nəhəng spam ustası olaraq daxil olub. Onun həbs edildiyi an “Valdir”-in şirkəti sutkada 3 milyona yaxın fişinq məktubu göndərirdi. Bu zərərli məktublar online bankçılığın müştərilərinin cihazlarına daxil olan “troyanlar” – viruslar yaymaqla məşğul idi. Təxmini hesablamalara görə, o bu spamlar vasitəsilə 37 milyon dollar qazana bilmişdi.

Heartland Payment System (2010-cu il)
Banka edilmiş bu növbəti nəhəng kiberhücumun müəllifi isə kubalı Alberto Gonzales idi. Bu gənc xaker oğurlanmış məlumatları sataraq 10 milyon dollardan çox gəlir qazana bilmişdi. O qazandığı pulların bir hissəsini valideynlərinin evinin bağında basdırsa da, polis onları aşkar etmişdi. Xakerin peşman olmasına baxmayaraq, məhkəmə onu 20 illik azadlıqdan məhrum etdi.

NASDAQ (2013-cü il)
Növbəti nəhəng kiber hücumun təşkilatçıları isə rusiyalı və ukraynalı xakerlər idi. Cinayətkar dəstə NASDAQ elektron birjasının təhlükəsizlik sistemini sındırmış, Avropa və ABŞ-ın nəhəng ticarət şəbəkəsi və banklarına giriş əldə etmişlər. Dəymiş zərər isə yüzlərlə milyon dollara bərabər idi və hələ ki, kibür hücum təşkilatçılarından yalnız biri, rusiyalı Dmitriy Smilyaneç ələ keçirilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!