Hazırda dünyanın ən varlı 5 şəxsi

Hazırda dünyanın ən varlı 5 şəxsi
Maraqlı məlumatlar
10.09.2017 23
Bill Gates
Sərvəti: $87,4 milyard
Yaşı: 60
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: Texnologiya
Gəlir mənbəyi: Microsoft
Bill Gates amerikalı sahibkar və ictimai xadim, xeyriyyəçi və Microsoft şirkətinin yaradıcılarından biridir (Poll Allen-lə birgə).

Amansio Orteqa
Sərvəti: $66,8 milyard
Yaşı: 79
Ölkə: İspaniya
Fəaliyyət sahəsi: pərakəndə satışlar
Gəlir mənbəyi: Inditex
Amansio Orteqa – sahibkar, Inditex şirkətinin yaradıcısı və eks-prezidentidir. Şirkət dünyanın 77 ölkəsində 5 min mağazaya sahibdir. Bundan başqa, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlaka, qaz sənayesinə, turizm və banklara sərmayə yatırır.

Warren Buffet
Sərvəti: $60,7 milyard
Yaşı: 85
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: investisiyalar
Gəlir mənbəyi: Berkshire Hathaway
Warren Buffet – amerikalı sahibkar, dünyanın ən nəhəng və məşhur investorlarından biridir. O dünyanın ən varlı insanlarından biri olmaqla yanaşı, ABŞ-da ikinci ən varlı şəxs hesab olunur.

Ceff Bezos
Sərvəti: $56,6 milyard
Yaş 51
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: texnologiya
Gəlir mənbəyi: Amazon.com
Ceff Bezos Amazon şirkətinin rəhbəri və yaradıcısı, Blue Origin aerokosmik şirkətin və The Washington Post nəşriyyat evinin sahibidir.
Bezos 1994-cü ildə Amazon internet mağazasını yaratdıqda onun ilkin investisiyası 300 min dollar təşkil edirdi.
2000-ci ildən Ceff Bezos özəl kosmik gəmilərin yaradılması ilə məşğul olan Blue Origin layihəsini maliyyələşdirir. 2013-cü ildə isə 250 milyon dollara Amerikanın The Washington Post nəşrini əldə edir.

Çarlz və Devid Koch
Sərvəti: $46,8 milyard və $47,4 milyard
Yaşı: 80 və 75
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: investisiyalar
Gəlir mənbəyi: miras, Koch Industries
Çarlz Koch – amerikalı sahibkar-milyarder və xeyriyyəçi, Koch Industries şirkətinin CEO-su və idarəetmə sədri, həmsahibidir. Onun qardaşı Devid Koch da həmçinin şirkətin həmsahibi və icraçı vitse-prezidentdir. Qardaşlar biznesi atalarından, Fred Koch-dan miras olaraq əldə ediblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!