Bakının 32 kəndi

Bakının 32 kəndi
Maraqlı məlumatlar
10.09.2017 49
Bakının 32 kəndi - Bakı və Abşeronda geniş yayılmış anlayış olub ənənəvi Abşeron kəndlərini ifadə edir. Bu anlayış adətən XIX əsrin sonlarında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi.

Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır.

1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. Bu gün Bakıda 42 kənd var.

Ənənəvi Bakı kəndləri

Digah,Bibiheybət,Biləcəri,Bilgəh,Binəqədi,Binə,Buzovna,Balaxani,Bülbülə,Corat,Qobu,Qala,Zabrat,Zağulba,Zirə,Zığ,Əmircan
Əhmədli,Keşlə,Kürdəxanı,Güzdək,Goradil,Maştağa,Masazır,Mərdəkan,Nardaran,Novxan,Pirşağı,Ramana,Sabunçu,Saray,Suraxanı,Türkan,Xocasən,Hökməli,Hövsan,Şağan,Şüvəlan,Fatmayı,Lokbatan,Məmmədli,Çəmbərəkəndскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!