Milyonlarla dollar qazanmış azyaşlılar

Milyonlarla dollar qazanmış azyaşlılar
Maraqlı məlumatlar
10.09.2017 4
İstənilən yaşda milyonlarla dollar qazanmaq mümkündür və bu yalnızca birja və yaxud online oyunlarla reallaşmır. Bu məqalədə 3 gənc milyonçu və onların biznesi haqqında qısa məlumat verəcəyik. Az yaşa sahib olmaqla biznesin hansı sahələrindən milyonlarla dollar əldə etmək mümkündür?!

Online bilet satışı – Coşua Dzabyak
2005-ci ildə 18 yaşlı Coşua özünün ilk hosting şirkəti olan Mediacatch-i 1 milyon dollardan artıq bir məbləğə satır. O özünə “Mercedes” avtomobili, geniş ekranlı televizor alır, geri qalan məbləği isə yeni biznesə sərmayə yatırır. Bununla yanaşı, o Showclix adlı sayta sahibdir ki, bu sayt kollec, konsert zalları və digər mədəniyyət mərkəzlərinə online, telefon və kassa formasında bilet satmaq imkanı verir. 2009-cu ildə o 1 milyon dollar investisiya cəlb etmişdi, onun şirkəti isə 2,75 milyon dollar olaraq qiymətləndirilmişdi. Keçən il gənc milyonçu bilet satışından 9 milyon dollar gəlir əldə etmişdi.

Trüfel idxalı – Yan Purkayastxa
3 il əvvəl 15 yaşlı Yan Purkayastxa trüfel idxal etməyə və onları restoran və mağazalara 1 kiloqramı 12 000 dollardan satmağa başlayır. O Hyustonda doğulmuşdu və uşaqlığında evlərinin yanındakı meşədən göbələk toplayırdı. Trüfel idxalı çox çətin işdir və burada zaman nəzarət çox vacibdir. Çünki trüfelin saxlanma müddəti cəmi 7 gündür. Yan ABŞ, Arkanzasda ilk trüfel bazası açır, onun şirkətinin satışlardan əldə etdiyi gəlir isə 1 milyon dollara yaxınlaşır.

Avtomobil saytı – Ceyson Brayan
Ceyson Brayan 2008-ci ilin yayında məktəbi bitirdikdən sonra Floridada avtomobil ticarəti ilə məşğul olan şirkətin marketinq departamentində işləməyə başlayır. O bilirdi ki, marketinqin gələcəyi internetlədir. Brayan öz yığım vəsaitlərindən 10 000 dollar xərcləyərək istehlakçıların rahatlıqla maşın axtara biləcəyi sayt yaradır. Autocricket.com saytı müştərilərə avtomobil barədə məlumatları sataraq gəlir qazanmağa başlayır. Onun 2009-cu ildə əldə etdiyi gəlir 1,2 milyon dollar, 2010-cu ildə isə artıq 6 milyon dollar təşkil edirdi.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!