Sus ki, üşüməsin uşaqlığım

Sus ki, üşüməsin uşaqlığım
Maraqlı məlumatlar
10.09.2017 11
 



Sus,

 Yıxıq bir divar dibində 
 üşüməsin uşaqlığım.



Sus,

 Üşüməsin gözyaşlarım.
 Oyuncaqsız qalmışamsa,
 Vurulmuşsa qəmsizliyim,
 İtirmişəmsə üzümdəki təbəssümü,
 Bu yaşda acılarla tanış olmuşamsa.



 Sus ki,

 Utanmasın günahsızlığım.



 Sus,

 uşaqlığım inciməsin .
 Məni gözləyir oyuncaq körpəm,
 Sözüm vardı ona 
 Oynayacaqdıq daha 
 Üzümüz büzüləcəkdi günəşlərdə 
 Xəbərsiz olacaqdıq 
 Axşamların gəlişindən.
 Amma qəflətən qaranlıqlar basırdı 
 Qəflətən hüzn
 Sus, qorxaram sonra 
 Sus, qaçaram işıqlıqlardan da 



 Sus ki,

 Görməsin bizi ağrılar 


 Sus ki, 
 İncinməsin xoşbəxtliklər 



 Sus ki,

 üşüməsin uşaqlığım 
 bir yaz günəşində..




Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!