Kanada haqqında ən maraqlı faktlar

Kanada haqqında ən  maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 12
1. Kanada — “ kənd” mənasını verən “Kanata” sözündəndir.

2. Rəsmi dilləri — ingilis və fransız dilləridir.

3. Kanada əhalisinin 37%-i Vankuverdə Olimpiya oyunlarının keçirilməsinə qarşı olub .

4. Rusiyadan sonra Kanada ərazisinə görə ikinci böyük və yerləşdiyi qitədə ən böyük əraziyə sahib olan ölkədir.

5. Əhali sıxlığı ən az olan ölkədir – 1 kv.km-ə 3.5 nəfər.

6. Kanadada dünyanın başqa ölkələrindən daha çox daxili göl və çaylar vardır.

7. Ölkə əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir.

8. Kanada dünyada ən böyük sahil xətti olan ölkədir ki, sahil xəttinin uzunluğu 200 min km-dən də artıqdır.

9. Tyrans-Kanada dünyanın ən uzun beynəlxalq şossesidir – 7604 km.

10. Alyaskada olan şosse dünyada ən sürətlə tikilmiş yoldur ki, bunun 2451 km-i 1 ildən də az bir müddətdə salınıb.

11. Kanada sahəsinin 2.2%-də 43 park vardır. İlk Milli park (Banff) 1885-ci ildə salınıb.

12. Hər il kanadalıların 3%-dən çoxu qan bəxşişi (qan verir) edir.

13. Kanadanın ən yüksək dağ zirvəsi Maunt Logan zirvəsidir( 5 959 m)

14. Kanadada ən böyük ada əhalisi cəmi 11 min nəfər, ərazisi isə 507 451 kv.km olan Baffin adasıdır.

15. 18-30 yaş arası əhalinin 25%-i internetdən bilik və məlumat toplamaq məqsədilə istifadə edir.

16. Kanadada ən yüksək şəlalə Della Falls şəlaləsidir. Hündürlüyü 440 metrdir, maraqlı bir faktdır ki, dünyada ən yüksək şəlalə hesab edilən Niagaradan daha hündürdür.

17. Kanadalılarımn 7%-dən çoxu Allaha inanmır.

18. Kanada əhalisi 34 milyon nəfərdən çoxdur və əhalinin 16%-i, yəni 5.5 milyon nəfəri immiqrantlar (köçkünlər) təşkil edir.

19. Maraqlı bir fakt, BMT-nin araşdırmalarına görə Kanada dünyada inkişaf indeksi üzrə 4-cü yeri tutur ki, bu da Kanadanı yaşamaq və uşaqları böyütmək üçün ideal bir ölkə edir...

20. Məhz Kanadada icad edilən Xokkey Kanadanın milli oyunudur və əsas qaydaları X əsrdən etibarən qəbul edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!