Şimali Koreya haqqında ən dəhşətli faktlar – I hissə

Şimali Koreya haqqında ən dəhşətli faktlar – I hissə
Maraqlı məlumatlar
10.09.2017 15
Şimali Koreya – rəhbərlərinin sözlərinə görə yer üzərində cənnət, oradan hər hansı bir şəkidlə canını qurtarmış əhalisinin sözlərinə görə isə əsl cəhənnəmdir. Aşağıda Kim Çin İn-in Şimali Koreya haqqında gizlətməyə çalışdıqları dəhşətli faktları təqdim edirik.

Düşərgələr:
Şimali Koreyada hazırda təqribən 16 nəhəng əmək düşərgəsi mövcuddur. Qaydalara əsasən isə dağlıq ərazidə yerləşir. Təxminlərə görə düşərgənin tikanlı məftilləri arxasında təqribən 200 min məhbus yaşayır. Burada saxlanılan şəxslərin əksəriyyəti ölkədən qaçmağa cəhd edənlər, xəyanətkarlar və eks siyasətçilərdir.

Nəsil boyu cəzalar:
Şimali Koreya qanunlarına görə hər hansı bir şəxs nəyəsə görə cəzalandırıldıqda həmin cəza onun 3 nəslini əhatə edir. Beləliklə, bir kəs cinayət törətdikdə bu cinayətin cəzasını həm o özü, həm övladları, həm də nəvələri çəkəcək. Bu isə ona gətirib çıxarır ki, bir çox insan bütün ömrünü düşərgələrdə başa vurur.

Ən dəhşətli cəza isə ölkəni tərk etməyə cəhd etməyə görə nəzərdə tutulub. Bu dövlətə xəyanət kimi qəbul edilir. Başqa ölkələrdə insanların necə yaşadığı ilə maraqlanan Şimali Koreya vəətndaşını isə ölüm cəzası gözləyir.

Sığorta fırıldağı:
Şimali Koreya iqtisadiyyatı zərər içərisindədir. Ölkə demək olar ki, xarici ölkələrlə qarşılıqlı münasibətdə iştirak etmir və buna görə də ölkəyə idxal yoxdur. Şimali Koreya hər vəchlə əhalini doyurmağa çalışır və bunun üçün hətta iqtisadi cinayətə də yol verməyə hazırdır.

Belə ki, 2009-cu ildə ölkə qlobal sığorta fırıldağında ittiham edilir. Ölkə rəhbərliyi kütləvi həcmdə əmlak və cihazlar üçün sığorta polisi əldə etmiş və daha sonradan həmin əmlakın məhv olduğunu iddia etmişdir. 2005-ci ildə Londonda Lloyd’s da daxil olmaqla dünyanın bir sıra nəhəng sığorta şirkətləri Şimali Koreyanı məhkəməyə vermişdi.

Silahla ticarət:
Sığorta ilə fırıldaqçılıqla yanaşı BMT Şimali Koreyanı həmçinin Afrika və Yaxın Şərq regionu ölkələrinə qanunsuz silah və nüvə texnologiyasının satılmasında ittiham etmişdi. Belə ki, BMT 2012-ci ildə Suriyaya aparılan ballistik raketlərdə istifadə üçün nəzərdə tutulmuş 450 balon qrafit aşkar etmişdi. Bu ona qarşı irəli sürülən yeganə ittiham deyildi.

BMT silahla bağlı Şimali Koreyaya sanksiyalar təyin etsə də, ölkə sanksiyaların qanunsuz olduğunu və istədiyi hər şeyi edə biləcəyini demişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!