Şimali Koreya haqqında dəhşətli faktlar – II hissə

Şimali Koreya haqqında dəhşətli faktlar – II hissə
Maraqlı məlumatlar
10.09.2017 6
Şimali Koreya – rəhbərlərinin sözlərinə görə yer üzərində cənnət, oradan hər hansı bir şəkidlə canını qurtarmış əhalisinin sözlərinə görə isə əsl cəhənnəmdir. Aşağıda Kim Çin İn-in Şimali Koreya haqqında gizlətməyə çalışdıqları dəhşətli faktları təqdim edirik.

Elektrik çatışmazlığı
Şimali Koreya paytaxtı Pxenyan elit təqəbə üçün utopik şəhərdir. Yoxsul təbəqə nümayəndələrinin şəhərə daxil olmaması üçün şəhərin sərhədləri silahlı mühafizəçilər tərəfindən qorunur. Paytaxt əhalisinin böyük hissəsi dəbdəbə içərisində yaşayır. Bununla eyni zamanda, vətəndaşların 3 milyonuna gün ərzində cəmi 1-2 saatlıq elektrik enerjisi verilir. Bəzən, xüsusən də qış fəslində elektrik enerjisi tamamilə söndürülür. Çünki milyonlarla insan soyuqdan donmamaq üçün mübarizə aparır. Pxenyanın sərhədlərindən kənarda yerləşən əksər evlər isə ümumiyyətlə elektrik şəbəkəsinə qoşulmayıb.

Cənubi Koreya vətəndaşlığı
Bir çox şimali koreyalılar qonşu ölkələrə qaçırlar. Çinin rəsmi siyasəti onları sərhəd vasitəsilə geri deportasiya etməkdən ibarətdir. Onları isə öz vətənlərində ya öldürür, ya da bir neçə 10 illik müddətə əmək-islah düşərgələrinə göndərirlər. Çindən fərqli olaraq Cənubi Koreya onların ölkəsinə qaçmış şəxslərə (cinayətkar olmayanlara) dərhal vətəndaşlıq verir, professional hazırlıq keçir və ehtiyac olduqda psixoloji konsultasiyalar təklif edir. Mühacirlərə ayda 800 dollar müavinət verilir, onları işə götürən şəxslərə isə 1800 dollar bonus təklif edilir.

Bütün bunları əldəe tmək üçün isə Cənubi Koreyaya qaçmış şəxsin Şimali Koreya vəətndaşı olduğunu sübut edən sənədi təqdim etməsidir. Lakin bu sənədin olmaması halında belə Cənubi Koreya hökuməti bu məsələyə göz yuma bilər. Prinsipcə düşərgədən qaçmış şəxslər hər hansı sənədə sahib ola bilməzlər axı…

Hannibalizm
1994-1998-ci illər dövründə Şimali Koreyada güclü daşqınlar baş verir və kənd təsərrüfatı torpaqlarının böyük hissəsi yararsız hala düşür. SSRİ qarşısında yığılan borc kənd təsərrüfatı məhsullarının ölkəyə idxal edilməsini istisna etmişdi. Nəticədə əhali aclıqdan həlak olmağa başlayır. Bu dövr ərzində əhalinin demək olar ki, 10%-i, yəni 3,5 milyon nəfər həlak olmuşdu. İstənilən kənd təsərrüfatı məhsulu müharibə təhlükəsi səbəbi ilə müsadirə edilirdi. Şimali koreyalılar ilk olaraq ev heyvanlarını, sonra ağac kötüklərini və nəhayət uşaqları yeməyə başladılar.

Məhz bu dövrdə “Ətin haradan olduğunu bilmirsinizsə, onu almayın” ifadəsi işlənməyə başladı. Ölkədən qaçmağı bacarmış insanların danışdığına görə, insanlar sahibsiz uşaqları vağzallarda tutur, onları yatırdır və evə gətirərək parçalayırdılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!