London haqqında ən maraqlı faktlar

London haqqında ən maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 23
Böyük Britaniya paytaxtında əhalinin sayı 8,2 milyon nəfərə çatır. Şəhər Avropa İttifaqının nəhəng, dünyanın isə ən böyük 16-cı şəhəridir.

Şəhərin ərazisi 1706,8 kvadrat kilometr təşkil edir.

Londonda avtomobillər küçənin sol tərəfi ilə hərəkət edirlər. Yerli londonlular qəti olaraq əmindirlər ki, yolun bu hissəsi ən doğru hissədir.
Sıfır dərəcəli meridian paytaxtdan keçir və bu meridian həmçinin Qrinviç şəhərinin adına uyğun olaraq qrinviç meridianı da adlandırılır.
London şəhərində 5 beynəlxalq hava limanı yerləşir ki, onlardan biri olan Heathrow dünyanın ən “yüklənmiş” hava limanı hesab edilir.
Şəhərin mərkəzində demək olar ki, heç zaman tıxac olmur. Yəqin ki, bu şəhərin mərkəzinə girişin pullu olması ilə əlaqədardır.
Böyük Britaniyanın paytaxtında şəhərin mərkəzindəki insanların təqribən yarısı turistlərdir.
Londonda taksi sürücüsü olmaq asan məsələ deyil. Belə ki, şəhərdə 1000-dən çox küçə var və hər bir taksi sürücüsü onları əzbər bilməlidir. Bunun üçün taksi sürücüləri 3 il ərzində xüsusi təlim kursları keçirlər.
Orta hədlə hər bir londonlu gün ərzində 50 video müşahidə kamerasında və 15 turist kamerasında özlərini görə bilərlər. Buna görə də, sakinlər çox vaxt gülümsəməyə çalışırlar.
London şəhəri adı baxımından dünyada yeganə şəhər deyil və dünyada bu adla bir neçə şəhər mövcuddur. Bu şəhərlər ABŞ, Kanada və digər ölkələrin ərazisində yerləşir. Maraqlıdır ki, Kanadada yerləşən London şəhəri də Temza çayının sahilində yerləşir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!