Saqqız udduqda nə baş verir?

Saqqız udduqda nə baş verir?
Maraqlı məlumatlar
10.09.2017 31
Yəqin ki, hər kəs həyatında heç olmasa bir dəfə də olsa saqqız udub. Zaman-zaman çiynədiyiniz saqqızı zibil qabı tapa bilmədikdə və ya başqa çıxılmaz vəziyyətlər səbəbindən udursunuz. Saqqız udduqda 7-12 ay bədəndə qalması barədə tez-tez eşitmişik. Bu, nə qədər həqiqətə uyğundur? Saqqızı udduqda nə baş verir?

İlk növbədə onu bildirək ki, insanın həzm sistemi çox qüvvətlidir. Sərt yeməklər həzm olunduğu kimi, saqqız da həzm olunur. Mədə hərəkətləri, turşular və fermentlər saqqızın həzm edilməsinə imkan verir. Ancaq tək fərq saqqızda olan bəzi kimyəvi maddələrin tamamilə parçalanmamasıdır. Bu zaman saqqız bir çox qidanın əmilməsinin reallaşdığı nazik bağırsaqda əmilmir. Saqqız nazik bağırsağa çatır və orada əmilmədən eyni şəkildə qalır.

Saqqız bağırsaqlara yapışmır və ya udduğunuz bütün saqqızlar burada birləşərək, nəhəng bir saqqız topuna çevrilmir. Tamamilə həll olunmasa da, tullantılara qarışaraq, bağırsaq boyunca irəliləyir. Ancaq saqqız nəcislə atılır deyə udmaqda heç bir problem olmaz demək də doğru deyil. Mütəxəssislər saqqız udmamağı xəbərdarlıq edir, lakin sandığınızdan fərqli bir səbəbdən.

Saqqız çeynəmənin heç bir qida dəyəri yoxdur və sağlamlıq baxımından onu udmaq olmaz. Çünki saqqız udulduğunda nəfəs borusuna qaça və boğulmanıza səbəb ola bilər. Əlbəttə ki, bu problem böyük parçalı qidalar üçün də etibarlıdır və yalnız saqqıza xas bir problem deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!