Ən çətin anlarda köməyinizə çatacaq 7 fikir

Ən çətin anlarda köməyinizə çatacaq 7 fikir
Maraqlı məlumatlar
10.09.2017 21
Bu anlardan heç kim sığortalanmadığı üçün, bu fikirlər hər kəsə faydalı ola bilər.

Həyatımızın bəzi məqamlarında böyük boşluq hiss edirik. Bu itkinlik hissi bizi istiqamətimizi müəyyən etmək üçün lazım olan ayıq-sayıqlıq bacarığından məhrum edir. Belə anlarda bizə güc vermək üçün yanımızda dostlarımız, ailəmiz də ola bilər, lakin əsas məsələ insanın öz daxili səsinə qulaq asmaq üçün güc toplamasındadır.

Həyatımızda belə anların olması çox normaldır. Sadəcə bu anlarda yadımıza salmalı və güc almalı olduğumuz bəzi şeylər olmalıdır. Sizə ən çətin anlarınızda kömək edəcək 7 vacib fikri təqdim edirik. Yadda saxlayın ki, bu cür çətinliklərdən heç kim sığortalanmayıb və yola davam etmək üçün güclü olmaq məcburiyyətindəyik.

1. "Bir səhifəni bağlamamış, növbəti səhifəyə keçə bilməzsən."
Əgər sən daima keçmişə baxırsansa, heç vaxt bu gününü sözün həqiqi mənasında yaşaya bilməyəcksən. Sən heç nəyə baxmayaraq həyatına davam etməli və keçmişindən ancaq dərs çıxarmaq üçün istifadə etməlisən. Unutma ki, yenilik hər zaman daha həyəcanlı və əyləncəlidir.

2. "Bəzən sən həyatı yenidən başa düşmək üçün üç yaşlı uşaqla söhbət etməlisən."
Biz həyatı o qədər ciddiyə alırıq ki, bu ciddiliyin ətrafımızda olan bütün sevinci sovurub aparmasına icazə veririk. Buna görə də uşaqlarla söhbət çox vacibdir. Nə qədər qəribə səslənsə də, bu bizi yenidən həyata qaytara, əsl məsumluq və gözəllik hisslərini xatırlada, kiçik sevinclərdən həzz almağı öyrədə bilər.

3. "Bəzən tənhalıqda gəzməli, nəfəs almalı və sənin üçün ən vacib olan şeylər haqqında düşünməlisən."
Bu kifayət qədər kömək edir. Düzdür, bəzi hallarda biz özümüzə aydın cavablar verə bilmir və niyə bu vəziyyətə düşdüyümüzü dərk edə bilmirik. Lakin düşüncənizin gücünə güvənməli və dərindən düşünməlisiniz. Mütləq özünüzə lazım olan cavabları tapacaqsınız.

4. "Əgər qapı açılmırsa, deməli sizin qapınız deyil."
Əgər əldə etməyə çalışdığınız, daima ona doğru getdiyiniz şey eyni enerjiylə sizə doğru gəlmirsə, bu heç də hər zaman pis bir şey deyil. Bəlkə də siz həmin şeyi əldə etmək üçün doğru istiqamətdə getmirsiniz və buna görə də nəticələr ürəyinizcə olmur. İstəklərinizə doğru müxtəlif istiqamətlərdən hərəkət etməyə çalışın. Həmin yollardan biri mütləq düz olacaq.

5. "Olduğun yeri bəyənmirsənsə, yerini dəyiş. Sən ağac deyilsən."
Əgər sən olduğun yerdən narazısansa, hər an yerini dəyişdirə bilərsən. Əlbəttə, bu heç də asan olmaya bilər, lakin özünü bədbəxt etməkdən pis heç nə yoxdur. Siz bir müddət maddi və ya mənəvi çətinlik çəkə bilərsiniz, lakin cəhd etməyinizin verdiyi güc sizi yeni və daha çox istədiyiniz işlərlə məşğul olmağa sövq edəcək.

6. "Bəzən pis hadisələr ona görə baş verir ki, bizi yaxşı hadisələrə aparacaq yollara itələsin."
Bizim tez-tez işlətdiyimiz bir ifadə var: "Hər şey yaxşılığa doğrudur." Bu ifadə həyatda ən çox köməyimizə gələn fikirlərdən biridir. Diqqətlə fikirləşdikdə həyatımızda baş verən yaxşı hadisələrə gələn yolun mütləq bir pis hadisəylə bağlı olduğunu kəşf edə bilərik. Ona görə də, heç vaxt ruhdan düşməyin və həyatın xoş sürprizlərinə açıq olun.

7. "Yadda saxla ki, hal-hazırki vəziyyətin son deyil. Həyat davam edir."
Biz çətin anlarda hər şeyin sona çatdığı fikrinə qapıla bilərik. Həyatın müvəqqətilik prinsipini unutmağımız bizi təşvişə sala bilər. Lakin həyatda olan hər şey müvəqqətidir və hadisələr durmadan bir-birini əvəzləyir. Özümüzü xoşbəxt hiss etdiyimizdə bunun müvəqqəti ola biləcəyi barədə düşünüb qorxuya düşə bilirik. Lakin, pis hiss etdiyimizdə isə nədənsə bu barədə unuduruq. Hər şey keçir və yeniliklərlə əvəzlənir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!