Jan Belivo – 11 ilə dünyanı piyada və pulsuz gəzən şəxs

Jan Belivo – 11 ilə dünyanı piyada və pulsuz gəzən şəxs
Maraqlı məlumatlar
10.09.2017 20
Kanadada yaşayan Jan Belivo öz yubileyinə (45 yaş) bir neçə gün qalmış bütün pullarını itirir və müflis olur. O üzləşdiyi vəziyyət səbəbindən depressiyaya düşür və fikrini yayındırmaq üçün dünya səfərinə çıxmaq qərarına gəlir. Lakin onun 1qəpik belə pulu qalmadığından bunu piyada etmək qərarına gəlir.

Jan səfərinə öz doğum günündə, yəni 18 avqust 2000-ci il tarixində başlayır. Əvvəlcə o qohumları, həyat yoldaşı, atası və övladları ilə vidalaşır və sadəcə evdən çıxır. Jan özü ilə yalnızca çadır, kiçik araba, yuxu torbası və müxtəlif dərmanlar götürür. O mobil telefonu lazımsız hesab edir.

Jan ilk olaraq ABŞ istiqamətində cənuba getməyi qərara alır və ilk olaraq cənub istiqamətində Atlantik okeanının sahili boyunca hərəkət edir, daha sonradan istiqamətini Sakit okean tərəfə dəyişir, Atakamadan (Çilidə səhra) keçir və Argentinaya çatdıqda sola tərəf dönür və özünü yenidən Atlantik okeanının sahilində tapır. Burada səyahətçinin qarşısında maneə yaranır. Belə ki, o okeanı keçməli idi və təbii ki, bunu piyada edə bilməzdi. Lakin onun bəxti gətirir. Janın qeyri-adi məqsədi barədə xəbər tutan yerli aviasiya şirkəti onu Cənubi Amerikaya pulsuz bilet ilə təmin edir.

Jan daha sonradan Mərakeşdə, İngiltərə də daxil olmaqla Avropa ölkələrində olur. O şiddətli soyuqlar səbəbindən Rusiyaya getməkdən imtina edir və yolunu Hindistan, Çin və Cənubi Koreyadan salır. Səyahətçinin fikrincə bu ölkələrdən dünyanın ən mehriban insanları yaşayır. Bundan sonra o Filippinə, Malayziyaya, Avstraliyaya və Yeni Zellandiyaya səfər edir. Buradan isə doğma vətəninə qayıdır. Onun bu səfəri 11 il zaman tələb edir. Səfər boyu insanlar onun pulsuz səyahətə çıxdığını öyrəndikdə imkanları çatdığı qədər yardım edirdilər.

Jan 11 illik səfəri boyu 1 qəpik belə olsun gəlir qazanmayıb. Onun sözlərinə görə bu onun həyatının ən xoşbəxt illəri idi. O anlamışdı ki, həyatda vacib olan pullar deyil, məhz həyatımızı hansı şəkildə yaşamağımızdır. Bizə xoşbəxtlik qazandıran məşğuliyyətlər ilə məşğul olmalıyıq. Jan 76 min kilometr yol qət etdikdən və 64 ölkəni gəzdikdən sonra vətəninə qayıtmışdı. Onun səyahət zamanı qazandığı təəssüratlar, bütün ömrü boyu sahib ola biləcəyi sərvətdən daha qiymətli idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!