99 yaşlı nənə məzun oldu

99 yaşlı nənə məzun oldu
Maraqlı məlumatlar
10.09.2017 31
Dorita Daniels 99 yaşına çatana qədər həyatda bir çox hadisə ilə üzləşib. O Böyük Depressiyanın, hər iki dünya müharibəsinin və Qara dərililərin vətəndaşlıq haqqı uğrunda hərəkatın şahidi olmuşdur. Lakin onun həyatında ən əhəmiyyətli hadisələrdən biri elə bu yaxınlarda baş verir. Belə ki, 6 il gərgin zəhmətdən sonra o universitet bitirə bilir.

Dorita 2009-cu ildə təhsil almağa başlayır. Onu təhsil almağa ilhamlandıran isə o dövrdə magistr təhsili alan nəvələri olmuşdur.

O təhsil aldığı müddətdə sürücülük vəsiqəsini itirmiş və iki dəfə ürək tutmasına məruz qalmışdır. Lakin o bütün bunlara baxmayaraq ən zəhmətkeş tələbə olaraq qalmışdı. Dorita diplomla mükafatlandırılma mərasimində demişdi: “Mən istədiyimi etdim və mənim arzum gerçəkləşdi”.

Müəllimlərin bildirdiyinə görə, Daniels var gücü ilə çalışırdı. Ona xüsusi çətinlik yaradan isə kompüterlə bağlı tapşırıqlar idi. Lakin o bütün maneələrin öhdəsindən gəlməyi bacardı. Onun tələbələrə nə məsləhət verə biləcəyi ilə bağlı suala dorita belə cavab vermişdi: “Heç vaxt təslim olmayın. İşi sona çatdırın. Heç kimin sizə maneə yaratmasına imkan verməyin. Deyin: Mən bunu edəcəm! və bunu özünüz üçün edin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!