Qarabağ Futbol Klubu haqqında qısa xəbər

Qarabağ Futbol Klubu haqqında qısa xəbər
Maraqlı məlumatlar
10.09.2017 75
"Qarabağ" Futbol Klubu — Azərbaycanın Ağdam şəhərini təmsil edən Peşəkar Futbol klubu. 1951-ci ilin 23 iyul tarixində "Məhsul" adı ilə təsis olunmuşdur. Qarabağ 1987-ci ilə qədər 3 fərqli ad ilə çıxış etmişdir. 1991-ci ilin 23 iyul tarixinə gədər Qarabağ ev oyunlarını Ağdam şəhərindəki İmarət Stadionunda keçirirdi. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi.

Qarabağ 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Qarabağ tarixində 3 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. İlk dəfə Qarabağ 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. Daha sonra Qarabağ Çempionluğu 20 il gözləməli olur. Qarabağın ikinci çempionluğu 2014-cü ilə təsadüf edir. Elə bir ildən sonra isə Qarabağ titulunu qoruyaraq tarixində 3-cü dəfə Çempionu olur.

Adları
"Məhsul": 1951—1977
"Şəfəq": 1977—1982
"Kooperator": 1982—1987
"Qarabağ": 1987—2001
"Qarabağ-Azərsun": 2001—2004
"Qarabağ": 2004-cü ildən indiyə kimi
Qeyd edək ki, komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə 1987-ci ildə yaranmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!