Xərçəng xəstəsi qurbanından məktub

Xərçəng xəstəsi qurbanından məktub
Maraqlı məlumatlar
10.09.2017 3
Afina Orçard həyatısevən və şən bir qız idi. O idmanı sevir, qardaş və bacılarının qayğısına qalırdı. Lakin 12 yaşında o gözlənilmədən huşunu itirir. Müayinə nəticəsində həkimlərin diaqnozuna əsasən Afinanın sümük xərçənginin bir növü olan osteosarkomadan əziyyət çəkdiyi bildirilir. Onurğa sütunundakı şişin aradan qaldırılması məqsədilə 7 saatlıq əməliyyat və kimyəvi terapiya həyata keçirilmişdi. Azyaşlı qız saçlarını və bütün həyat enerjisini itirsə də, pozitiv əhvalını qoruyub saxlamışdı. Müalicəyə baxmayaraq, Afinanın vəziyyəti pisləşirdi və son nəticədə o öz evində, ailəsinin əhatəsində dünyasını dəyişir.

Dəfndən bir həftə keçdikdən sonra ailəsi onun əşyalarını toplamağa başlayır və bu zaman onun böyük güzgüsünün arxasında ailəsinə və yaxınlarına yazdığı “son məktubu” aşkar edirlər.

Bu güclü qızın pozitivlik dolu son deyimlərindən bəzi hissələr mətbuatda dərc olunub. Həyatınızdan narazısınızsa oxuyun və həyatın unutduğunuz ən xırda xoşbəxtliklərini yadınıza salın.

Xoşbəxtlik yalnız özümüzdən asılıdır. Ola bilsin, bütün məsələ xoşbəxt sonda deyil, tarixçənin özündədir.
Həyatın mənası artıq dərk edilmiş həyatdır. Adi və qeyri-adi arasındakı yeganə fərq “yox” kəlməsidir.
Xoşbəxtlik məqsəd yox, istiqamətdir. Var olduğun üçün minnətdar ol. Xoşbəxt və azad ol, inan, daim gənc ol. Sən yalnızca mənim adımı bilirsən, tarixçəmi deyil. Sən mənim nə etdiyim haqqında eşitmisən, nələrdən keçdiyimi isə bilmirsən.
Sevgi güzgü kimidir: inanılmaz dərəcədə gözəl, lakin kövrək.
Sevgiyə nadir hallarda rast gəlinir, həyat qəribədir, heç nə əbədi deyil, insanlar dəyişir.
Hər gün xüsusidir, həmin günü doyunca yaşa. Axı sabah sağalmaz xəstə olduğunu aşkar etmək ehtimalın az deyil. Həyat onu pis etdiyin təqdirdə pisdir.
Sevgi onun haqqında nə qədər çox danışdığın deyil, bunu sübut etmək üçün əlindən gələni etməyindir.
Sevgi külək kimidir: onun hiss etmək mümkün olsa da, görmək mümkün deyil. Mən bir kimsəni sevmək və ona ürəyimi açmaq istəyərdim. Sevgi gələcəyini onunla gördüyün deyil, onsuz gələcəyinin olmadığını düşünməkdir.

Ağlamaq lazım deyil, bilirəm ki, tezliklə görüşəciyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!