Avropa dillərini öyrənmək üçün ən yaxşı saytlar

Avropa dillərini öyrənmək üçün ən yaxşı saytlar
Maraqlı məlumatlar
10.09.2017 3
Əgər hər hansı bir xarici dilə sahibsinizsə ikinci birini onun vasitəsilə öyrənmək daha asan olacaq. Aşağıda fransız, alman, italyan və ispan dillərini müxtəlif və maraqlı vasitələrlə öyrənməyə imkan verən ingilisdilli saytları təqdim edirik.

İtalyan dili
Duolingo

İngilis dilinə sahib olmaqla bu saytın köməkliyi sayəsində avropa dillərini oyun formatında öyrənə bilərsiniz. Burada tapşırıqlar elə formada qurulub ki, əsas olaraq kiçik cümlələri italyan dilindən ingilis dilinə və əksinə tərcümə etmək tələb olunur. Gündəlik tapşırıqlar və doğru cavablara görə topladığınız ballarla növbəti mərhələlərə keçmək üçün “şans” qazanırsınız.

My Daily Phrase Italian
Bu sayt Radio Lingua Network şirkəti tərəfindən italyan dilini sıfırdan başlamaq istəyənlər üçün yaradılıb. Hər buraxılışda yeni şeylər öyrənəcəyiniz zəmanətdir.

com
Bu sayt italyan dilini baza səviyyəsində bilənlər üçün nəzərdə tutulub. Hər buraxılış 4 dəqiqədən 20 dəqiqəyə qədər davam edə bilər və müəyyən mövzuya həsr edilir.

One World Italiano
Bu portalda müxtəlif formalarda və çətinlik səviyyəsində tapşırıqlar yerləşdirilib. Burada qrammatik testlər edə, imla yaza, mətnlərin suallarına cavab verə və italyanca xəbərlər oxuya bilərsiniz.

Alman dili
Mission Berlin
Bu sayta çox əyləncəli şəkildə dil dərsi təqdim edir. Ziyarət edin, peşman olmayacaqsınız.

Mein Weg nach Deutschland
Bu portal da öz növbəsində maraqlı üsullarla alman dilinizi məşq etdirmək imkanı qazandırır.

Langsam gesprochene Nachrichten
Alman dilini radio dinləyərək öyrənmək istəyənlər üçün ideal portal.

Land der Wörter
Bu portalda isə müxtəlif viktorinalar və krossvordlar yer alıb. Bununla yanaşı, müxtəlif mövzular ilə ümumi leksika və qrammatikanızı da sınaqdan keçirə bilərsiniz.

Fransız dili
Languages Online
Bu saytın köməkliyi ilə fransız dilini sıfır səviyyədən öyrənmək mümkündür. Burada müxtəlif dillərdə cümlə qarşılığını düzgün seçmək və yaxud predmetləri şəkillərə uyğun düzgün qruplaşdırmaq lazımdır.

Easy French Poetry
Bu sayta sizə fransız dilini bədii cəhətdən öyrənmək imkanı yaradır.

French Quizze of the Day
Bu portal fransız dilini testlər vasitəsilə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Burada istədiyiniz mövzunu və testlərin çətinlik dərəcəsindən asılı olaraq 10, 25 və 50 suallıq testləri seçə bilərsiniz. Səhv cavablara server özünəməxsus oh là là şəklində reaksiya verir.

RFI — Journal en français facile
Bu saytda hər gün yenilənmiş və yerləşdirilmiş xəbərləri dinləyə bilərsiniz. Aparıcılar mətni çox sürətlə oxuduqlarından RFI radiostansiyasının səhifəsində transkripsiyanı izləyə bilərsiniz. News in Slow French saytında həftəlik fransız xəbərlərini daha yavaş templə dinləyə bilərsiniz.

İspan dili
Destinos
Bu saytda kiçik video çarxlar yerləşdirilib və onlar vasitəsilə yeni leksika və qrammatikanı öyrənmək mümkündür.

Coffe Break Spanish
Bu portalda ispan dilini sıfırdan öyrənənlər üçün 15 dəqiqəlik audio-dərslər yerləşdirilib. İspan dilini baza səviyyəsində öynənənlər üçün isə Show Time Spanish mövcuddur.

News in Slow Latin Spanish
Bu portalda Avropa ispan dilisi deyil, məhz Latın Amerika formatı təqdim edilir və bu sayt vasitəsilə bu regionun leksika və fonetikasını öyrənmək mümkündür.

Digital Dialects
Bu sayt ispan dilini yeni öyrənməyə başlayan şəxslər üçün müxtəlif çətinlik dərəcəsində kiçik oyunlar təqdim edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!