Dəlisov hind mədəniyyəti…

Dəlisov hind mədəniyyəti…
Maraqlı məlumatlar
10.09.2017 9
Hindistan – çoxşaxəli, gözlənilməz və bəzən də hətta dəlisov mədəniyyəti özündə təcəssüm etdirən bir ölkədir. Ölkə bəşəriyyətə Budda, Mahatma Qandi və böyük bir filosof “ordusunu” bəxş edib. Bu səbəbdən də onun dəlisovluğu bir baxımdan bir o qədər səssiz və mənalıdır. Buna görə də, hindlilər sevgi, dostluq, hisslərini hər şeydən üstün tutur.

Bəzən aclıqdan əziyyət çəksələr belə…
Dahilər ideyaları, ağıllılar hadisələri, axmaqlar insanları müzakirə edər.
Qonağına qarşı səxavətli ol – o düşmənin belə olsa. Ağac əlində balta olan şəxsi belə öz kölgəsindən məhrum etmir.
Axmağa məsləhət vermək onu yalnızca qəzəbləndirər.
Digərləri üçün yaşayan insanın, hətta ən kiçik həyatı xoşbəxtliklə zəngindir.
Heç nə ilə təsəlli tapmayan insan keçmiş, axmaq – gələcək, ağıllı isə indiki dövrdən təsəlli tapar.
Xoşbəxtlik ruhən güclü insana özü yol tapır.
Uşaq – sənin evində olan qonaqdır. Yedir, öyrət və burax.
Yola çıxdıqda öyünmə, geri qayıtdıqda öyün.
Özünə qalib gəlmək – qalib olmamaq üçün ən yaxşı vasitədir.
Təhlükədən qaçmaq mümkün deyilsə, səni onsuzda xilas etməyəcək olan qorxaqlığın nə mənası var?!
Müdriksənsə – varlıya, rəhbərə, uşağa, qocaya, müdrikə, qadına, axmağa və müəllimə zidd getmə.
Özünü idarə etmək üçün ağlından, digər insanları idarə etmək üçün ürəyindən istifadə et.
Qadın gülərsə bütün ev gülər. Qadın kədərlidirsə bütün ev matəmə batar.
Həyatımızın davam etmə müddətini dəyişə bilmərik. Lakin biz onu daha geniş və dərin etmək iqtidarındayıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!