İsveç haqqında ən maraqlı faktlar

İsveç haqqında ən maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 14
İsveç Şimali Avropada yerləşən Skandinaviya ölkələrindən biridir. Dövlət özünün yüksək həyat səviyyəsi, keyfiyyətli təhsil, təmiz ekologiya və aşağı səviyyəli cinayətkarlıq halları ilə məşhurdur. İsveç dünyaya Nobel mükafatını, Volvo avtomobillərini “bəxş edib”.

Aşağıda bu inanılmaz ölkə haqqında ən maraqlı faktları təqdim edirik.

İsveçdə yuxarı sinif şagirdləri məktəbdə davamiyyətlərinə görə hər ay 187 dollar əldə edirlər.
1979-cu ildən etibarən İsveçdə uşaqların istənilən cismanı cəzalandırılması qadağandır.
İsveç kralı III Gustav çay və qəhvənin insan orqanizminə etdiyi təsiri sınaqdan keçirmək üçün eksperiment keçirməyi əmr etmişdi. Bu sınaq çərçivəsində ölümə məhkum edilmiş əkiz qardaşlardan istifadə edilir. Onların edam cəzaları bir şərtlə dəyişdirilir. Belə ki, qardaşlardan biri ömürünün sonuna qədər hər gün 3 fincan çay, digəri isə 3 fincan qəhvə içəməli idi. Kral eksperimentin sonunu görə bilmir, onu qətlə yetirirlər. Lakin belə məlumdur ki, ilk olaraq hər gün 3 fincan çay içməli olan qardaş dünyasını dəyişib.
Abba qrupunun üzvləri bilərəkdən ekssentrik geyimlərdən istifadə edirdilər. Onlar bununla vergi ödəməkdən yayınırdılar. Məsələ ondadır ki, belə geyimlər gündəlik əşyalar kateqoriyasına aid edilmir və əlavə xərc hesab olunurdu.
Copymizm – İsveçin rəsmi dinlərindən biridir və Ctrl+C və Ctrl+V klaviş kombinasiyası onun müqəddəs işarələridir.
İsveçin özünün zibili bitdiyindən onu Norveçdən idxal edir.
İsveçdə uşağın cinsini bəyənmədikdə hamiləlikdən azad edilməyə icazə verilir.
Finlandiya, Avstriya, Norveç, Almaniya və İsveçdə əcnəbilərə ingilis dilində pulsuz təhsil imkanı yaradan universitetlər mövcuddur.
İsveçdə valideynlər uşaq dünyaya gəldikdən və yaxud övladlığa götürüldükdən sonra 480 günlük ödənişli məzuniyyət götürmək hüququna malikdirlər.
İsveç kralı XIV Karlın fransız dilində “Krallara ölüm” mənasını daşıyan tatusu var idi.
İsveçdə də, Norveçdə olduğu kimi 12 yaşından kiçik uşaqlara reklam qadağan olunub.
Böyük Britaniya, İsveç və Finlandiyada verilmiş şəxsiyyət vəsiqələri demək olar ki, dünyanın bütün ölkələrinə vizasız giriş təmin edir.
İsveç əhalisinin 89%-i ingilis dilinə sahibdir.
2009-cu ilə qədər isveç dili ölkənin rəsmi dili deyildi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!