Həyatınız çətindir? Asanlaşdırın!

Həyatınız çətindir? Asanlaşdırın!
Maraqlı məlumatlar
10.09.2017 4
Hazırda həyatından tam olaraq razı olan insan tapmaq çətindir. Kreditlər, borclar, ailə, təhsil problemləri. Bütün bu problemlərin həlli bir şəkildə mümkündür. Bu həll yoluna isə həyatınızı qismən də olsa asanlaşdırmaqla və ona bir qədər rəng qatmaqla daha tez bir zamanda çata bilərsiniz.

Bəs bunu necə edə bilərsiniz?
Həyatınızda daha əvvəllər sizə əks olan şeyləri etməyi sınaqdan keçirin.
Adət etdiyinizdən 20 dəqiqə tez yuxudan durun.
Bütün görüş və yığıncaqlara 10 dəqiqə tez gəlin.
Özünüzə bu sualı verin: baş verənləri daha da qəlizləşdirməyə çalışırammı?
Özünüzdən soruşun: 5 ildən sonra “bu” vacib olacaqmı?
Həyatın siz düşündüyünüzdən daha geniş olduğunu yadınıza salın.
Risk edin, səhv etməkdən çəkinməyin.
Həqiqətən sevdiyiniz işlərlə məşğul olun!
Bütün 1 həftəlik alış-verişi eyni anda etməyə çalışın.
Alış-verişə tox olarkən gedin.
Kiçik xoşbəxtliklərdən zövq alın.
Kiçik məktublar yazın. Adətən 1-5 cümlə kifayət edir.
Stresslə mübarizə üçün yeni üsullar axtarın və sınaqdan keçirin.
Ev və iş mühitinizi səliqədə saxlayın.
“İndi və burada” prinsipi ilə yaşayın.
Həyatınızı asanlaşdıran insanlarla daha çox zaman keçirin.
Lazımsız əşyalardan uzaq olun.
Hər kəsə yarımağa çalışmaq vərdişinizi tərgidin.
Hər şeyi ideal şəkildə etməyə hər vəchlə çalışmayın.
Hərdən özünüzə tənbəllik etmək zövqünü yaşadın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!