Rio de-Janeyro haqqında maraqlı faktlar

Rio de-Janeyro haqqında maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 15
Rio de-Janeyro-nun əhalisi təqribən 6,5 milyon nəfər təşkil edir. Bu Braziliyada San-Pauludan sonra ikinci böyük şəhərdir. Şəhərin əsası 1 mart 1565-ci ildə qoyulub və ilk olaraq Portuqaliya kralı I Sebastianın şərəfinə San-Sebastian de Rio-de-Janeyro adlandırılıb. Şəhərin adının tərcüməsi isə “yanvar çayı” mənasını verir.

1808-ci ildə Napoleon qoşunlarından qaçan Portuqaliya kralı ailəsi ilə birlikdə Rio-de-Janeyroya gəlir. Şəhər Portuqaliya Birləşmiş Krallığının və Alqarvenin paytaxtı elan edilmişdi. Beləliklə, Portuqaliyanın paytaxtı ölkədən minlərlə kilometr uzaqlıqda yerləşirdi. Şəhər 1822-ci ilə qədər Portuqaliyanın paytaxtı olaraq qalıb.

1921-ci ilsə Braziliyanın müstəqilliyinin yüzilliyi ərəfəsində Rioda İsa Məsihin heykəlinin inşasına başlanılır. Heykəl 9 ildən sonra 1931-ci ildə açılır. Onun uzunluğu 38 metrdir və 2007-ci ildə Dünyanın yeni möcüzəsi siyahısına daxil edilmişdir. Hazırda onun məşhurluğu Eyfel qülləsinin məşhurluğundan heç də geri qalmır.

5 mart 1979-cu ildə Rioda metro istifadəyə verilir. Hazırda şəhər metropoliteni özündə 36 stansiyanı birləşdirir. Burada futbol bütün Braziliyada olduğu kimi çox populyardır. 1950-ci ildə “Marakana” stadionunda Braziliya və Uruqvay-ın milli futbol komandaları arasında final oyunu keçirilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!