Ann Landers və Abraham Lincolnun məsləhətləri

Ann Landers və Abraham Lincolnun məsləhətləri
Maraqlı məlumatlar
10.09.2017 10
Uşaq yazıçısı və psixoloq Ann Landers:

"Əgər bir uşaq döyüş və səs-küy içində yaşasa davaçılıq öyrənər…

Əgər bir uşaq, qorxu içində yaşasa qorxmağı öyrənər…

Əgər bir uşaq daim ona ağrıyan insanlarla birlikdə
yaşasa özünü yazıq hiss etməyi öyrənər…

Əgər bir uşaq cəsarət və həyəcana dəyər verilən
bir ətrafda yaşayırsa özünə güvənməyi öyrənər…

Əgər bir uşaq tərifləməyi bilən insanlarla birlikdə yaşasa,
başqalarını da təqdir etməyi öyrənər…

Əgər bir uşaq sevgi içində yaşayırsa sevməyi öyrənər…

Əgər bir uşaq özünü adam yerinə qoyan bir ətrafda yaşayırsa,
həyatda çatmaq üçün işə dəyər bir məqsədi olmasını öyrənər…

Əgər bir uşaq dürüst hərəkət edən insanlar
içində yaşasa ədalətin nə olduğunu öyrənər…

Əgər bir uşaq sözlərinə etibarlı insanların
içində yaşasa həqiqətin nə olduğunu öyrənər…

Əgər bir uşaq açıq ürəkli, gülər üzlü və
anlayışlı insanların arasında yaşasa,
dünyanın həqiqətən yaşamağa dəyər
gözəl bir yer olduğunu öyrənər…"

ABŞ - ın keçmiş prezidenti Abraham Lincolnun
öz oğlunun müəlliminə yazdıqı məktub.;

Öyrət ona…

Qazanılan bir dolların, olan 5 dollardan daha qiymətli olduğunu öyrət.

İtirməyi öyrət ona və qazanınca sevinc hiss etməyi.

Qısqanclıqdan uzaqlara yönəlt onu…

Burax erkən öyrənsin zorbaların yalnız görünüşcə qalib olduqlarını.

Ona kitabların möcüzələrini öyrət amma səssiz zamanlar da tanı:

Səmadakı quşların, günəşin altındakı arıların və
yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyi…

Məktəbdə səhv etmənin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət…

Ona, öz fikirlərinə inanmasını öyrət:

hər kəsin səhv olduğunu söylədiyində də…

Əgər edə bilsən kədərləndiyində belə necə gülümsəyəcəyini,
amma gözyaşlarından da utanmaması lazım olduğunu öyrət.

Ona, qüvvətini və beynini ən yüksək qiyməti verənə satmasını,
lakin heç bir zaman ürəyinə və ruhuna qiymət etiketi qoymamasını öyrət.

Və əgər özünün haqlı olduğuna inanırsa dimdik dayanıb döyüşməsini öyrət.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!