Qadınlar üçün ən yaxşı ölkələr hansılardır?

Qadınlar üçün ən yaxşı ölkələr hansılardır?
Maraqlı məlumatlar
10.09.2017 32
Dünya İqtisadi Forumu-nun mütəxəssisləri müasir qadının həyat şəraitləri ilə bağlı araşdırma aparmışdır. Forumun verdiyi məlumata görə, dünya ölkələrinin 85%-i son 6 ildə qadınların həyat şəraitlərini yaxşılaşdırmışlar. Lakin bu o demək deyil ki, hər bir yerdə qadınlar üçün yaşamaq rahatdır.

Bəs hansı ölkələr hansı cəhətdən qadınlar üçün daha əlverişli şərait bəxş edir?
Qadın olmaq üçün ən yaxşı ölkə – İslandiya.
İslandiyada qadın və kişilər arasındakı bərabərlik digər ölkələrə nisbətən yüksək göstəriciyə malikdir. Qadın olmaq üçün ən uyğunsuz ölkə Yəmən, ən təhlükəli ölkə isə Əfqanıstandı
Siyasətlə məşğul olmaq üçün ən yaxşı ölkə – Ruanda.
Ruanda da aşağı palata nümayəndələrinin böyük hissəsi qadınlardan ibarətdir. Burada 80 yerdən 45-ni qadınlar tutur.
Siyasətçi qadın üçün isə ən pis yer Səudiyyə Ərəbistanı, Yəmən, Qətər, Oman və Belizdir. Bu ölkələrin parlamentində 1 nəfər belə oldunq adın yoxdur.
Ana olmaq üçün ən yaxşı ölkə – Norveç.
Burada Ana ölümlərinin sayı 7600-də 1-dir. Ana olmaq üçün ən çətin ölkə isə Əfqanıstandır. Burada doğuş zamanı ölən qadınların sayı, güllə və partlayışda həlak olan qadınların sayından 200 dəfə çoxdur.
Pul qazanmaq üçün ən yaxşı ölkə – Lüksemburq.
Bu ölkənin qadın vətəndaşları ildə 59 570 dollar qazanır.
Yuxarıda qeyd edilən cəhətlərdən əlavə:

Dövləti idarə etmək üçün ən yaxşı ölkə (son 50 ildə) – Şri-Lanka.
İstehsalat rəhbəri olmaq üçün ən yaxşı ölkə – Tayland.
Jurnalist olmaq üçün ən yaxşı ölkə – Karib okeanı ölkələri.
Ali təhsil almaq üçün ən yaxşı ölkə – Qətər.
Uzun ömürlülük üçün ən yaxşı ölkə – Yaponiya.
İdmanla məşğul olmaq üçün ən yaxşı ölkə – ABŞ.
Sükan arxasında əyləşmək üçün ən yaxşı ölkə – Hindistan.
Yüksək ixtisaslı iş üçün ən yaxşı ölkə – Yamaykaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!