Vatikan: ən kiçik ölkə haqqında bilmədiklərimiz

Vatikan: ən kiçik ölkə haqqında bilmədiklərimiz
Maraqlı məlumatlar
10.09.2017 50
Vatikan – dünyanın ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür. Ölkə 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb.

Vatikanı böyük əminliklə açıq səma altında muzey adlandırmaq olar. Bütün şəhər divarlarla əhatə olunub. Vatikan vətəndaşları iki kateqoriyaya bölünür: Müqəddəs Taxta xidmət edənlər və Papanın şəxsi İsveçrə qvardiyası. Burada vətəndaşlıq nəsildən nəslə keçmir və təqaüdə çıxdıqda vətəndaşlıq geri alınır. Bir şəxs artıq Vatikan vətəndaşlığından çıxdıqda və başqa heç bir vətəndaşlığı olmadıqda ona İtaliya vətəndaşlığı verilir.

Bunun əvəzində isə Vatikanda əhalinin şəxsi şəxsiyyət vəsiqəsi, valyutası, mətbuatı, markası, futbol komandası, gerbi, bayrağı, himni, bankı və hətta internet serveri var.

Dünyanın ən kiçik ölkəsi cəmi 2 növ hərbi qüvvəyə malikdir. Bunlar isə Papa jandarmeriyası və İsveçrə qvardiyasıdır. Jandarmeriya polis funksiyasını yerinə yetirdiyi bir halda, İsveçrə qvardiyası Müqəddəs Taxt istisna olmaqla heç kimə tabe deyil.

Vatikanın milli dili olmasa da, bütün dünya üzrə 20 müxtəlif dildə fəaliyyət göstərən radiostansiyası var. Bundan əlavə ölkədə kənd təsərrüfatı mövcud deyil.

Vatikanın sahib olduğu dəmir yolunun uzunluğu isə cəmi 700 metrdir. Hava nəqliyyatı isə nisbətən inkişaf etmişdir və Vatikan özünün helikopter platformasına sahibdir. Vatikan kitabxanası isə malik olduğu əlyazma sayına görə dünyanın ən böyük kitabxanalarından biridir.

Vatikan qeyri-kommersiya iqtisadi planına sahibdir. Daha doğrusu ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katoliklərin ianələri, turizm və suvenirlərin satışıdır. Ölkənin illik nüdcəsi təqribi olaraq 310 milyon dollar olaraq qiymətləndirilir.

Müqəddəs taxt dünyanın 174 ölkəsi ilə diplomatik münasibətləri dəstəkləyir. Bununla yanaşı, Vatikan 15 beynəlxalq təşkilatın üzvüdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!