Ürək-dirək

Ürək-dirək
Maraqlı məlumatlar
10.09.2017 13
Həyatın da qəribə,əcəb işləri varmış,Bir gecənin içində adam unudularmış.

İllər boyu səninlə yan-yana duran adam,qol-qola gedən adam,elə unudur səni,bir də ayılırsan ki,
- özüm özümə yadam.

Allahın yaratdığı kamil varlıq budursa...
ehh, ...bir andaca səni gör necə unudursa,yanından etinasız elə keçir, elə bil,dünənəcən yolunda hətta əziz canından keçən adam bu deyil.

İllah da istədiyin dilinə gətirməyi bacarmayıb bir ucdan hey ağlayan körpətək,Onun bir salamını eşitməkçün zarıyır, üsyan qaldırır ürək.Onunsa lap azca da yavaşımır addımı, ləngimir ayaqları,Bir addımın yerinə bir salam verə barı.

Bir salam verə barı illərdir səhər-axşam əhvalını durmadan-addımbaşı soruşan.Ehh...o gedir, sən isə boylanırsan dalınca hey pərişan-pərişan,Çiyinlərin boşalır,gözlərini yaş alır...

Birazdan toparlanıb,bayaqdan çiliklənmiş qürurunu səssizcə yığırsan ayaq altdan.Və beləcə-beləcə bir növbəti zərbəni alırsan bu həyatdan.

Bir xəlvətə çəkilib dilini qürurunla çıxarırsan yarışa,Ümid iki qəpiyə, təsəlli bir quruşa,"Bu dəfə alınmadı, adı ki ayrılıqdır, ölüm deyil" - deyirsən.
Oturub gözləyirsən bir də "gələn dəfə"ni,
Pəəəh, üstəlik özünə ürək-dirək verirsən:
"Şükür ki, bu dəfə də yenə yırtdım kəfəni, yenə yırtdım kəfəni"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!