Adi mərcdən yaranan elmi kəşf

Adi mərcdən yaranan elmi kəşf
Maraqlı məlumatlar
10.09.2017 62
1683-cü ildə Kristofer Ren adlı bir şəxs bir astronom ilə planetlərin nəyə görə düz dairə ətrafında deyil, qəribə elliptik traektoriya ətrafında dövr edirlər. Bu söhbət belə bir bəhslə başa çatır: Kristofe Ren iki ay ərzində heç kimin bu suala cavab tapa bilməyəcəyi ilə mərc edərək 40 şillinq pul qoyur. Bu hazırki valyuta ilə bir neçə yüz dollar edirdi.

Bu zaman İsaak Nyuton bu mərc haqqında eşidir. Nyutonun bu 40 şillinqə ehtiyacı olduğundanmı, sadəcə elmi maraqdanmı demək çətin olsa da, Nyuton bu məsələ ətrafında ciddi-cəhdlə çalışmağa başlayır və nəhayət bir nəticəyə gəlir. Düzdür, bu məsələyə əvvəlcədən təyin edilən 2 ay deyil, bir neçə il tələb olunduğundan Nyutona bu pullar nəsib olmur.

Lakin bunun qarşılığında “Natural fəlsəfənin riyazi başlanğıcı” adlı əsər ərsəyə gəlir. Burada isə klassik mexanikanın əsasını qoyan ümumdünya cazibə qanunu və Nyutonun 3 qanunu öz əksini tapmışdır.

Beləliklə, adi bir mərcin nəticəsi olaraq elmin ən əhəmiyyətli əsərlərindən biri ərsəyə gəlmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!