Talış dağları

Talış dağları
Maraqlı məlumatlar
10.09.2017 126
Talış dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir.

Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. [1] Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış dağları cənub-şərqdə Əlbürs, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!