Şəhidlər heç bir zaman ölməz (2-ci hissə)

Şəhidlər heç bir zaman ölməz (2-ci hissə)
Maraqlı məlumatlar
10.09.2017 14
Raquf İbrahim oğlu Orucov (d. 12 iyul 1972, Cinli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 2016, Ağdam, Azərbaycan) — Dördgünlük müharibə şəhidi.

Hərbi illəri.
1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb.

Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyunun 12-də Raquf Orucovun doğma kəndi işğal olunanda anası Raya Orucova və dayısı Azər Rəhimov həlak olub. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələndi. Kursant Orucov məktəbdən verilən müavinətləri belə, özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və həyatını qardaşının 4 övladına həsr edib, bibisi Səyarəyə verirmiş.

1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı hərbi hissələrdən birinə təyin edirlər, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 illi tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf Orucovun adı olur. Həmin ərəfədə “Milli Ordu” qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir:

"Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən. "
1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların səhər düzülüşünü, eynizamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələri videolentə alır. Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunur.

2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da ona tapşırılmışdı. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olundu.

2014-cü ilin avqust ayında döyüşlərdə Qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra, Sumqayıta atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov kiçik qardaşı Zabildən xahiş edir ki, ayağındakı çəkmələri çıxarmağa ona yardım etsin. O, qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr ayağından çıxmayıb və bunun nəticəsində onun ayaqları şişmişdi.

Dördgünlük müharibədə iştirakı və ölümü.
2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Şəxsi həyatı.
Ailəli idi, Aqşin və Nihad adlı oğlu var. Həyat yoldaşı Sevinc ilə 1998-ci ildə ailə həyatı qurublar.
Erməni dilini bilirdi.

Ləqəbi.
Azərbaycan xalqı arasında “Murov qartalı” kimi tanınırdı.

İrsi.
2016-cı ilin iyul 12-də Qarabağ FK komandasının tərəfdarları Raquf Orucovun 44-cü ad günü xatirəsinə həsr edilmiş pankart açıblar. Şəhid polkovnikin ad günü münasibətilə açılan pankart görənləri duyğulandırıb və uzun sürəli alqışlara səbəb olub.

Təltif və mükafatları

1998 — "Hərbi xidmətlərə görə" medalı
Mirzəyev Murad Telman oğlu (d. 31 mart, 1976, Muğan Gəncəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ – ö. 2 aprel 2016, Tərtər rayonu, Azərbaycan) — Polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. Azərbaycanın Milli Qəhrəmanı[1]; Dördgünlük müharibə şəhidi.

Həyatı.
Murad Mirzəyevin II Fəxri xiyabandakı məzarı
Murad Mirzəyev 1976-cı ildə mart ayının 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmişdir. ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. Dördgünlük müharibə zamanı döyüşlərdə şəhid oldub.
Zabitin cəsədi düşmənin nəzarətində olan ərazilərdə qalıbmış və cəsəd 10 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilib.
Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi.
Fizzə Mirzəyeva ilə ailəli idi. Nurlan və Dəniz adlı övladı var.[1][6]

Təltif və mükafatlar
Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

"Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcə (10 il xidmət)
"Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcə (15 il xidmət)
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 3-cü dərəcə
"Hərbi xidmətdə fərqlənməyə görə" medalı 2-ci dərəcə
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
2016 — "Qızıl Ulduz" medalı
2016 — Azərbaycanın Milli Qəhrəmanı

Qeyd:ALLAH bütün şəhidlərmizin məkanın cənnətdik etsin in şə ALLAH.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!