Xosrov və Şirin poemasından

Xosrov və Şirin poemasından
Maraqlı məlumatlar
10.09.2017 11
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol кi, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı
Diriliк sarmazdı böyüк cahanı.
Eşqsiz bir adam bir neydir - qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır,
Ancaq eşq evində rahatlıq vardır.
Eşqin yanğısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar..

NİZAMI GƏNCƏVİскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!