İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət

İnsanların gözündən düşməyinizə səbəb olan 5 hərəkət
Maraqlı məlumatlar
10.09.2017 15
Bu hərəkətləri edən insanlar adətən sağlam düşüncəli insanlar tərəfindən qəbul edilmir, onların dost ətrafından tezliklə təcrid edilirlər. Bəs insanları ən çox hansı hərəkətlər gözdən salır? Qadınlar.biz sizin üçün bu hərəkətlərdən 5-ini sadalayacaq.

1. Yalan
Yalan danışmayan insan yoxdur. Lakin bu yalan xroniki bir hal alırsa, tezliklə insanlar sizin doğru sözünüzə də inanmır və ümumiyyətlə sözlərinizin heç bir dəyəri qalmır. Belə olduqda isə sizinlə dost olmaq barədə düşünən sağlam təfəkkürlü insanlar bunu qəbul edə bilmir, sizi öz ətraflarından uzaq tutmağa çalışırlar.

2. Qeybət
Sizin başqa insanlar haqqında dayanmadan qeybət etməyiniz, onları mühakimə etməyiniz insanları qıcıqlandıra bilər. Başqalarının həyatına müdaxilə etməyiniz sizin haqqınızda xoş olmayan bir təəssürat formalaşdırır və nəticədə siz normal davranışlı insanların dostluğundan məhrum olursunuz.

3. Qorxaqlıq

Hər kəs cəsarətli olmaq məcburiyyətində deyil, bunun mümkünlüyü barədə isə ümumiyyətlə danışmağa və yazmağa dəyməz. İnsanlar müxtəlifdir və elə bu faktın özü dünyanı daha maraqlı yer edir. Lakin sizin qorxaqlığınız başqalarının həyat və qərarlarına təsir edirsə, burada artıq vəziyyət dəyişir. Qorxaqlığınız digərlərinin cəsarətini əlindən almamalı, onların motivasiyasını əksiltməməlidir. Əks halda, sizinlə hər hansı bir ideyanı müzakirə etmək həvəsi heç kimdə olmayacaq. Onlar sizi neqativ düşüncəli bir insan kimi dəyələndirib, uzaq durmağa çalışacaqlar.

4. Əsassız tənqid
Gördüyü hər şeydə gözəllik axtarmaq əvəzinə, nöqsan axtarıb, bunu üzə vuraraq, eqosunu doydurmağa çalışan insanlar var. Bu, onların komplekslərindən qaynaqlanır və nəticədə özlərinə qarşı işləyir. Çünki bu tip insanlar çox dözülməzdir və heç kim ətrafında belə boş tənqidçini görmək istəmir.

5. Qətiyyətsizlik
Bu cür insanların qəti qərarları yoxdur, onlar istənilən an fikir dəyişdirə, həmin fikri göylərə qaldıra və bir neçə gün sonra eyni sürətlə də yerə çırpa bilirlər. Belə insanlara güvənmək və istənilən mövzuda bir yola çıxmaq da ağılsızlıq kimi dəyərləndirilir. Onları boşboğazlıqda günahlandırırlar, çünki həqiqətən də bir çox hallarda boş-boş danışmaqdan başqa heç bir işə yaramırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!