İsmayıllı haqqında məlumat

İsmayıllı haqqında məlumat
Maraqlı məlumatlar
10.09.2017 21
Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir.

Rayonun istər yüksək dağlıq, istər dağətəyi və düzən yerlərində qədim yaşayış məskənləri mövcuddur. Yaşayış məskənlərinin bir-birinə yaxın olması, bəzən geniş ərazinin qədim yaşayış məskəni olması İsmayıllı ərazi üçün xarakterik xüsusiyyətdir.

Müxtəlif tikinti, təsərrüfat işləri zamanı tapılmış maddi mədəniyyət nümunələri və ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri ərazidə əhalinin eneolit dövründə oturaq həyata keçdiyini təstiq etmişdir. Ərazidə tapılmış qəbir abidələrinin bəzilərində insanlar saxsı küplərdə, gil təknələrdə dəfn olunmuşlar. Ərazidən tapılan büstlər qədim əhalinin bütpərəstliyə stayiş etmələri ilə bağlıdır.

Rayonun ərazisində olan Mollaisaqlı yaşayış məskəni eradan əvvəl IV, eramızın I əsrlərinə aiddir. Yaşayış məskənindən tapılan maddi–mədəniyyət nümunələri qəbir abidələri yaşayış məskəninin Qafqaz Albaniyasına məxsus olduğunu təstiqləyir.

Sulut kəndi yaxınlığında yerləşən, 4 hektar sahəni əhatə edən Uzunboylar yaşayış məskəni və qəbirstanlığı öz zənginliyi ilə fərqlənir. Abidə eradan əvvəl I Minilliyin son rübünə aiddir.

Rayonun ərazisi qədim qalalarla da zəngindir. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır.

Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşirin hakimiyyət illərində isə Mehranilər hakimiyyətlərini bütün Albaniya ərazisinə yayılmışlar.

Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalanın möhkəm müdafiə xarakterli olması bu gün də aydın şəkildə görünür.

Sulut kəndi yaxınlığında Fit dağının zirvəsində olan Fit qalası orta əsrlərə məxsus tikilidir. Qalanın tarixi haqqında çoxlu sayda əfsanələr mövcuddur. Əfsanələrin birində qalanın tarixi Makedoniyalı İsgəndərlə əlaqələndirilir. Lakin çox güman ki, Fit qalası Şirvanşahların yay iqamətgahı olmuşdur. Sonradan Şamaxı xanları qaladan sığınacaq kimi istifadə etmişlər. Şamaxı xanı Mustafa xan A.Qacara və işğalçı rus sərkərdəsi Sisianiova qarşı mübarizədə Fit qalasından sığınacaq kimi istifadə etmişdir.

Qalıqları indi də Xankəndində qalan Xan qalası XI-XV əsrlərdə inşa edilmişdir. Qala əsasən Şirvanşahların saray qalası kimi tikilmiş və əsasən yay iqamətgahı kimi istifadə edilmişdir.

Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır.

Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsil muzeydir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!