Bir fincan qəhvə - Xəyal Ölməz

Bir fincan qəhvə - Xəyal Ölməz
Maraqlı məlumatlar
10.09.2017 6
Xəyal Ölməz yeni layihəsi haqda düşüncələrini paylaşdı:
“Mən bu şeiri bir neçə ay öncə vətəndən uzaqda olarkən yazmışdım və düşündüm ki, Azərbaycana qayıtdıqdan sonra həmin şeirimi yeni bir kliplə dinləyicilərimin ixtiyarına verim. Menecerim Asim bəylə bu haqda məsləhətləşdikdə o, bu klipin qəhrəmanı simasında aktrisa Çimnaz Sultanovanın çəkiməsini məsləhət gördü. Televizyaya və xüsusi ilə də seriallara baxmağa vaxtımın olmadığından həmin aktrisanı da ilk olaraq tanımadım. Çimnaz xanımın çəkildiyi serialın bir-iki seriasına baxdım. Çimnaz Sultanova həqiqətən də istedadlı aktrisadı.
Çimnaz xanıma klipimə çəkilməsi üçün təklif etdim. Yaradıcılığımla tanış olub qəbul etdi. Onu da qeyd edim ki, bu klip Çinmaz xanımın da yaradıcılığı üçün bir ilk oldu. O, ilk dəfə idi ki, bir klipə çəkilirdi.
Və sonda faktor.az saytında yayımlanan xəbərə öz münasibətimi bildirərək qeyd etmək istəyirəm ki, mən Çimnaz xanımı menecerimin məsləhəti ilə tanımışam. Saytda yayımlanan şəkillər isə klip çəkilişləri zamanı çəkilib. Mənim Çimnaz xanıma bir aktrisa kimi dərin hörmətim var, lakin xanımın qeyd etdiyi kimi arada eşq elanı falan yoxdu. Yuxarıda qeyd etdiyim kimi də mən bu şeiri xarici ölkədə bir neçə ay öncə yazmışam və o zamanlar mən Çimnaz xanımı tanımırdım.”
Qeyd edək ki, şeirin müəllifi və ifaçısı Xəyal Ölməzdir. Rejissoru və aranjmanı Kamal bəyə, Bəstəsi isə Altınç Tombaka məxsusdur. Gənc şairə yaradıcılıq uğurları arzulayırıq.

Bir fincan qəhvə - Xəyal Ölməz
Bir fincan qəhvə - Xəyal Ölməz
Bir fincan qəhvə - Xəyal Ölməz
Bir fincan qəhvə - Xəyal Ölməz
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!