Ömrün yaz bahar olsun

Ömrün yaz bahar olsun
Maraqlı məlumatlar
10.09.2017 10
Mən gəlmişəm pudra vuram ağaram hakışta
Gəlməmişəm çörək yapam qaralam hakışta
Mən gəlmişəm yeyəm içəm nazlanam hakışta
Gəlməmişəm ev süpürem tozlanam hakışta

Al almağa gəlmişik hakışta
Şal almağa gəlmişik hakışta
Oğlanın adamıyıq hakışta
Aparmağa gəlmişik hakışta

Araba gəlir aralı hakışta,
İçi dolu yaralı hakışta,
Qardaşım bir qız sevibdi hakışta
Azərbaycan maralı hakışta.

Mən aşiqəm gəl bizə haxışta,
Bu gün axşam gəl bizə haxışta.
Qardaşımın toyudu haxışta,
Yığılıbdır el bizə haxışta.

Al almağın vaxtı var, haxışta,
Şal almağın vaxtı, var haxışta.
Oğlanın adamısız, haxışta,
Aparmağın vaxtı var, haxışta

Qardaşı gözləyirdim haxışta,
Birdə gördüm yar gəldi haxışta.
Girdim bağa nar üçün haxışta,
Heyva dərdim yar üçün haxışta.

Taley sənə yar olsun haxışta,
Ömrün yaz bahar olsun haxışta.
Könül verdiyin oğlan haxışta,
Sənə tacidar olsun haxışta.

Dərmişəm şirin narı haxışta,
Şirin deyirlər yarı haxışta.
Hamıdan şirin olur haxışta,
Kiçik qardaşın yarı haxışta.

Su gəldi bendə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib hahışta,
Bütün bu kəndə deydi haxışta.

Həyəti yonca quda haxışta,
Yedik doyunca quda haxışta.
Qızın elindən aldıq haxışta,
Ağla doyunca quda haxıştaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!