Valideynin övlada məhəbbəti

Valideynin övlada məhəbbəti
Maraqlı məlumatlar
10.09.2017 39
Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz. (Viktor Hüqo)

Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir. (Əl Qazali)

Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (Jozef Jubert)

Hər uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır. (Artur Şopenhauer)

Uşaqlar böyüklərdən əksərən daha ağıllı və həmişə səmimi olurlar. (Maksim Qorki)

Uşağınızın böyüdüyünü haradan anlaya bilərsiniz? Onlar böyüyəndə daha sizə nə sual verərlər, nə də hara getdiklərini deyərlər. (P.J.O-Rurke)

Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor)

Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. (Karl Qustav Jung)

Döyməklə uşağı yalnız korlamaq olar. (Aristotel)

Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. (Nəsrəddin Tusi)

Valideynin övlada məhəbbəti — təbii, övladın valideynə məhəbbəti iradidir. (Nəsrəddin Tusi)

Kimsə həyatı boyu böyük uşaq kimi qalmayıb, ciddi, ağıllı və məntiqli biri olsa, dünyanın çox işinə yarayar və yaxşı vətəndaş ola bilər, amma dahi ola bilməz artıq. (Artur Şopenhauer)

Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. (Jan Jak Russo)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!